MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev Nümayəndələr Palatasına seçkilərdə beynəlxalq müşahidəçilərin müşavirəsində iştirak edib
24/02/2024
Beynəlxalq müşahidəçilər Belarusda 127 seçki məntəqəsində parlament seçkilərinin monitorinqini aparıblar
25/02/2024
Show all

MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasına və yerli deputat Şuralarına seçkilərdə seçki məntəqələrində olub

Belarusda Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasına və yerli deputat Şuralarına seçkiləri ilə əlaqədar səsvermə başlayıb. Respublikada səsvermənin monitorinqini MDB Parlamentlərarası Assambleyasından olan beynəlxalq müşahidəçilər qrupu aparır.

MDB PA Monitorinq Qrupunun koordinatoru, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev və MDB PA Şurasının Baş katibi Dmitri Kobitski N.F. Qastello adına 21 nömrəli orta məktəbin binasında yerləşən 510 saylı seçki məntəqəsində olublar.

Məntəqədə onlar səsvermə qutularının möhürlənməsində və səsvermənin başlamasında iştirak ediblər. Müşahidəçilər bütün lazımi prosedurların tam həcmdə aparıldığını, səsvermənin plan üzrə – saat 8:00-da başlamasını təsdiqləyiblər.

Koordinator və Assableya Şurasının Baş katibi bir sıra digər seçki məntəqələrində də olublar.

MDB PA-dan olan müşahidəçilər qrupuna Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan parlamentlərinin nümayəndələri, Assambleyanın vəzifəli şəxsləri və MDB PA-nın Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun ekspertləri daxildir.

Monitorinq qrupunun üzvləri gün ərzində Respublikanın paytaxtındakı seçki məntəqələrində fərdi marşrutlarla işləyirlər.

Xatırladaq ki, bu seçki kampaniyasının özəlliyi ondan ibarətdir ki, Belarus Respublikasında ilk dəfə olaraq bütün deputat korpusu vahid səsvermə günü formalaşacaq.

Birmandatlı seçki dairələri üzrə Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasının 110 deputatı və yerli deputatlar Şuralarının 12514 deputatı beş il müddətinə seçilir.

Parlamentin aşağı palatasında deputat mandatlarına 263 namizəd iddiaçıdır.

MSK-nın məlumatına görə, seçkilərdə siyahılara daxil olan vətəndaşların 41,71% – i vaxtından əvvəl səs verib.