Azərbaycan Respublikasının Konstitusiyasına əsasən (Qanunvericilik təşəbbüsü hüququ) Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan

40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur. Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının Azərbaycan Respublikası Prokurorluğunun və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdiyi qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulur. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.

Azərbaycan Respublikasında 18 mart 2009 – cu il tarixdə keçirilmiş refendumla bağlı qərar aşağıdakı hüquqi proseduraya əməl olunması ilə qəbul olunmuşdur. Əvvəlcə, Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı irəli sürülən referendum təşəbbüsü Azərbaycan Respublikası Milli Məclisində geniş müzakirə edilmişdir. Bundan sonra Milli Məclisin 19 dekabr 2008-ci il tarixli qərarı ilə “Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı” layihəsi qəbul olunmuş və Milli Məclis həmin layihəni rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərmişdir. Bundan sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bu layihəni müzakirə edərək 18 mart 2009 – cu il tarixdə referendum keçirilməsi haqqında qərar (24 dekabr 2008-ci il) qəbul etmişdir. 18 mart 2009 – cu il tarixdə keçirilmiş Referendumda Konstitusiyanın 29 maddəsinə 41 dəyişiklik edilmişdir ki, bunlardan da 17-si maddələrə yeni hissələrin və ya bəndlərin əlavə edilməsi, 7 - si maddələrdə sözlərin əvəz edilməsi, 7 - si maddələrə yeni sözün və ya sözlərin əlavə olunması, 6 - sı maddələrə yeni cümlələrin əlavə olunması, 2 - si maddənin yeni redaksiyada verilməsi, 1–i maddənin adının dəyişdirilməsi, 1–i isə maddədən sözün çıxarılması ilə bağlı olmuşdur.

Referendumun təyin olunması əsasında, MDB PAA DİMBİ Bakı filialı Referendumla bağlı uzunmüddətli monitorinqlərin aparılmasına başlamışdır. Filial tərəfindən referendum üzrə seçki komissiyalarının, KİV-in və digər tərəflərin fəaliyyəti öyrənilmiş və təhlil olunmuşdur. MDB PAA DİMBİ-nin əməkdaşları birinci olaraq Azərbaycan Respublikasının bütün ərazisi üzrə Referendumun keçirilməsinin müşahidəsi üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmişlər.

Referendum təyin olunduqdan sonra, MDB PAA DİMBİ Bakı filialı Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2009-cı il mart ayının 18-nə təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planına uyğun olaraq aşağıdakı istiqamətlərdə monitorinq və araşdırmalar aparmışdır:
  • MSK, DSK və MnSK-nın fəaliyyətinin monitorinqi;
  • Seçici siyahıları barədə məlumat;
  • KİV-in monitorinqi    (“Azərbaycan    Respublikasının    Konstitusiyasına dəyişikliklərlə bağlı” referendum haqqında materiallar və );
  • Təşəbbüs qruplarının təşviqat qrupları qismində qeydiyyatının gedişi və onun yekunları;
  • “Azərbaycan Respublikasının   Konstitusiyasına   dəyişikliklərlə   bağlı” referendumda təşviqat qruplarının təşviqat fəaliyyətinin monitorinqi;
  • MSK və    DSK   yerli   və   beynəlxalq   müşahidəçilərin   qeydiyyatının monitorinqi;
  • Referendumun keçirilməsi   ilə   bağlı   yaranan  mübahisələr  və   onların araşdırılmasının monitorinqi.
Referedumun keçirilməsi üzrə kampaniya milli qanunvericiliyə və seçkilərin keçirilməsi üzrə beynəlxalq standartlara uyğun keçirilmişdir. Azərbaycan

Respublikasının hakimiyyət orqanları və seçkiləri təşkil etmə institutları ilə refereduma çıxarılan məsələlər üzrə vətəndaşların azad iradə bildirmələri üçün lazımı şəraitlər yaradılmışdır.

Monitorinq dövründə hər-hansı münaqişəyə rast gəlinməmiş, bütün işlər referendumun təşkili və keçirilməsi ilə bağlı təsdiq edilən təqvim planına uyğun həyata keçirilmişdir.

Referendumun təşkili və ona hazırlıq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təqvim planına uyğun olaraq aparılmışdır.