“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 17 mart tarixli 777-IIIQD nömrəli Qanununun icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti 14 aprel 2009-cu ildə Fərman imzaladı. İmzalanmış fərmana əsasən Azərbaycan Rrespublikasında mövcüd olan 2656 bələdiyyə müəyyən ərazi vahidləri üzrə birləşib və onların sayı 1718 kimi azaldılmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 07 oktyabr 2009-cu il tarixli iclasında Azərbaycan Respublikasında 23 dekabr 2009-cu ildə növbəti bələdiyyə seçkilərinin keçirilməsi haqqında qərar qəbul etdi. 08 oktyabr 2009-cu ildə Azərbaycandə bələdiyyə seçkilərinə rəsmi start verildi.

23 dekabr 2009-cu il bələdiyyə seçkiləri başlandığı gündən MDB PAA

DİMBİ Bakı filialı Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə araşdırmalar və monitorinqlər aparmışdır. MSK, DSK və MnSK-nın fəaliyyətinin monitorinqi:

Bələdiyyələrə namizədlərin qeydiyyatı barədə yekun məlumatlar;

İmza toplamanın və Bələdiyyələrə namizədlərin qeydiyyata alınmış partiya və qeyri partiya namizədlərinin təsdiqinin monitorinqi;

Seçki komissiyalarının tərkibi və onların tərkibinin Azərbaycan Respublikasının qanunvericilik tələblərinə müvafiqliyinin analizi;

Namizədlərin seçkiqabağı fondlarının formalaşması və bu fondlardan vəsaitlərin xərclənməsi haqqında məlumat;

Bələdiyyələrə namizədlərin seçkiqabağı tədbirlərinin mətbu və elektronKİV-lərdə, İnternet şəbəkəsində işıqlandırılması, həmçinin namizədlərə dövlət və qeyri-dövlət KİV-lərinə bərabər yol tapmalarının təmin olunmasının monitorinqi;

Bələdiyyələrə namizədlərin təşviqat fəaliyyətinin monitorinqi;

Yerli və beynəlxalq müşahidəçilərin MSK və DSK-larda qeydiyyatının monitorinqi;

Azərbaycan Respublikası üzrə ümumilikdə rəsmi qeydə alınmış seçki münaqişələrinin monitorinqi;

Seçkilərin keçirilməsinin təmin olunması üzrə hüquq mühafizə, ədliyyə və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin monitorinqi;

Azərbaycan Respublikasında səsvermənin keçirilməsinin monitorinqi –

ümumi statistik məlumatlar;

Yerli orqanların və beynəlxalq təşkilatların rəyləri.

MSK-nın iclaslarını müşahidə etmək üçün institutun bir əməkdaşı MSK

tərəfindən qeydiyyata alınmış və müvafiq qaydada bütün iclaslarda iştirak etmişdir.

Bununla yanaşı, Filialın bütün əməkdaşları MSK tərəfindən Azərbaycanın bütün ərazisində müşahidə aparmaq üçün müşahidəçi qismində qeydiyyatdan keçmişdir.

15-18 oktyabr 2009-cu il tarixlərində institutun əməkdaşları bələdiyyə seçkilərinə hazırlığın öyrənilməsi məqsədilə Gəncə və Yevlax şəhərlərinə ezam olunmuşlar. Səfər zamanı əməkdaşlar Dairə Seçki Komissiyalarında olmuş və qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq işləri ilə yaxından tanış olmuşlar.

Bundan əlavə institutun əməkdaşları oktyabr ayının 27-dən başlayaraq noyabr ayının 10-dək Sumqayıt, Şamaxı, Şəmkir şəhərlərdə, Oğuz və Abşeron rayonlarında seçki komissiyalarında olmuş, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı görülən işlərlə yaxından tanış olmuşlar.

Seçki komissiyalarının fəaliyyəti ilə tanışlıq Bakı Filialının bələdiyyə seçkiləri ilə bağlı 12 istiqamətdə apardığı monitorinq və araşdırmanın bir hissəsi olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən seçki komissiyalarının fəaliyyətinin milli qanunvericiliyə müvafiqliyinin təhlili ilə bağlı həyata keçirilmişdir.

Bakı filialı seçkilərlə bağlı aralıq və yekun hesabatlarının hazırlanması kimi fəaliyyətini 23 dekabr 2009-cu il bələdiyyə seçkilərində də təşkil etdi. Seçkilər ərəfəsində ötən seçkilərdə olduğu kimi seçicilər üçün yaddaş kitabçaları hazırlanaraq yerlərdə keçirilən maarifləndirmə işi çərçivəsində vətəndaşlara

2

paylandı. Onun köməkliyi ilə vətəndaşlar seçkilərdə iştirak, səsvermə qaydası və seçkilərlə bağlı digər əsas hüquqları barədə məlumatlar əldə edə bildilər.

MDB PAA DİMBİ-nin ekspertlərinin apardıqları təhlillər göstərir ki, Azərbaycan Respublikasında qəbul edilmiş hüquq normalarının həyata keçirilməsi üzrə dövlət hakimiyyəti institutlarının fəaliyyəti və qanun yaradıcılığı prosesi daim təkmilləşdirilir. Onlar öz inkişafında hamı tərəfindən qəbul edilmiş müsbət dinamikada olan dünya praktikasına əsaslanırlar. BMT, Avropa Şurası, ATƏT, GUAM, MDB, QDİƏT Parlament Assambleyası və sair bu kimi beynəlxalq təşkilatlara üzvlüyü, həmçinin özünün qanun tətbiqetmə təcrübəsi hesabına Azərbaycan Respublikasının seçki qanunvericiliyi daim təkmilləşdirilir və hazırda ümumən dünyada olan yüksək seçki standartlarına cavab verir.