MDB PAA DİMBİ Bakı filialının fəaliyyət növləri.
1.MDB PAA DİMBİ Bakı filialının analitik fəaliyyətinə daxildir:
-demokratiyanın inkişafı sahəsində parlament və qeyri-hökumət təkilatlarının fəaliyyətinin, parlamentarizmin inkişafı milli təcrübəsinin təhlili;
-kütləvi informasiya vasitələrində MDB iştirakçısı olan dövlətlərdə seçkilərin təşkili proseslərinin işıqlandırılmasının monitorinqinin keçirilməsi;
-MDB PAA DİMBİ Bakı filialının məqsəd və fəaliyyət növlərinə aid olan məlumatların toplanması, saxlanması və ümumiləşdirilməsinin təşkili.
2. MDB PAA DİMBİ Bakı filialının metodik fəaliyyətinə daxildir:
-seçkiləri müşahidə Beynəlxalq standartlarının təkmilləşdirilməsi və unifikasiyası, vətəndaşların seçki hüquqlarının müdafiəsinin təmin edilməsi üzrə təklif və tövsiyələrin hazırlanması;
-seçkilərə hazırlıq və onun təşkilinin müşahidəsi üzrə MDB PAA-dan olan beynəlxalq müşahidəçilərin və MDB müşahidə missiyasının işinin metodiki təminatı;
-MDB iştirakçı dövlətlərin spesifikasiyası nəzərə alınmaqla beynəlxalq standartlar əsasında demokratiyanın inkişafı proseslərinin dinamikasının qiymətləndirilməsi üzrə metodik materialların hazırlanması və nəşri.
3. MDB PAA DİMBİ Bakı filialının tədris – məsləhətçi fəaliyyətinə daxildir:
-müxtəlif instansiyalı hakimiyyət orqanları nümayəndələrinin fəaliyyət təcrübəsi, qanunverici və icra hakimiyyəti qollarının qarşılıqlı əlaqəsi, bu sahədə qabaqcıl təcrübənin ümumiləşdirilməsi üzrə məlumat mübadiləsinin təşkili,
-MDB PAA iştirakçı dövlətlərində nümayəndəli hakimiyyət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması.