Azərbaycan Respublikası Konstitusiyasının 100-102 maddələrinə və Seçki Məcəlləsinin 8.2, 19.4, 19.14, 28.2, 28.4, 177 və 178-ci maddələrinə əsasən 2 avqust 2013-cü ildə qəbul edilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarına uyğun olaraq 9 oktyabr 2013-ci il Azərbaycan Respublikası növbəti Prezident seçkiləri keçirilmişdir. Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərinin Parlamentlərarası Assambleyası Şurasının Sədri V.İ.Matviyenkonun sərəncamına əsasən MDB PAA Şura Katibliyi MDB PAA-dan olan beynəlxalq müşahidəçi Qrupunun formalaşmasına başlamışdır. Azərbaycan Respublikasında növbəti Prezident seçkilərinin monitorinqi üçün MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun koordinatoru Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB işləri, avrasiya inteqrasiyası və həmvətənlər ilə əlaqələr üzrə Komitəsinin sədri L. E. Slutskiy təyin edilmişdir.
MDB PAA-dan olan beynəlxalq müşahidəçilərin uğurlu işlərinin təminatı üçün MDB PAA DİMBİ bazasında 2013-ci il avqust ayında yüksək ixtisaslı alimlərin və Sankt-Peterburq və Bakının bir sıra ali təhsil müəssisələrinin mütəxəssislərindən ibarət ekspert qrupu yaradılmışdır. Onlar Azərbaycan Respublikasında Prezident seçkilərində MDB PAA-dan olan beynəlxalq müşahidəçilər üçün analitik və informasiya materialların hazırlanmasına başlamışdır.
MDB PAA DİMBİ Bakı filialı Azərbaycan Respublikasında Prezident seçkiləri çərçivəsində 1 avqust 2013-cü ildən seçki proseslərini və qanunverici, icraedici və məhkəmə strukturu fəaliyyətini xarakterizə edən informasiya materiallarının yığılmasına və ekspert qiymətləndirilməsinə başlamışdır.
Uzunmüddətli monitorinqin birinci mərhələsində ekspertlər öz fikirlərini aşağıdakı məsələlərdə diqqətə çatdırmışlar:
Seçici siyahılarının formalaşdırılması və məntəqə seçki komissiyalarının səsvermənin həyata keçirilməsinə hazırlığının monitorinqi;
Seçki komissiyalarının tərkibi, onların hüquqi və təşkilati tərkibli fəaliyyətinin monitorinqi;
Namizədlərin imza toplamalarının və qeydiyyatının monitorinqi;
MSK və DSK-lar tərəfindən müşahidəçilərin qeydiyyatının monitorinqi;
Siyasi partiyaların, partiyalar blokları və müstəqil namizədlərin təbliğat- təşviqat kampaniyasının monitorinqi;
Prezident seçkiləri ilə bağlı məlumatların KİV-də işıqlandırılmasının monitorinqi;
Dairə və məntəqə seçki komissiyalarının işinin, maddi-texniki vəsaitlərlə təminatının, qeydiyyatdan çıxma vəsiqələrinin verilməsinin monitorinqi;
Təşviqat dövrünə qədər namizədlərin fəaliyyətinin monitorinqi;
Siyasi partiyaların fəaliyyətinin KİV-də işıqlandırılmasının monitorinqi;
Namizədlərin seçki fondlarının yaradılması və bu fondlardan vəsaitlərin istifadəsinin monitorinqi;
Azərbaycan Respublikasında Prezident seçkilərinin keçirilməsi üçün fondun yaradılması və bu fonddan vəsaitlərin xərclənməsi haqqında ümumi məlumatlar;
Azərbaycan Respublikasında səsvermənin gedişinin monitorinqi, statistik məlumatlar və MDB PAA üçün məlumatların hazırlanması;
Azərbaycan Respublikası üzrə Prezident seçkiləri ilə bağlı ümumilikdə rəsmi qeydə alınmış münaqişələrin monitorinqi;
Azərbaycan Respublikasında Prezident seçkilərinin keçirilməsinin təmin olunması üzrə hüquq-mühafizə orqanlarının, ədliyyə və yerli özünüidarə orqanlarının fəaliyyətinin monitorinqi;
Mərkəzi Seçki Komissiyasının, Dairə və Məntəqə Seçki Komissiyalarının qarşılıqlı fəaliyyətinin monitorinqi;
Prezident seçkilərinin keçirilməsinin nəticələri barədə yekun məlumatlar.
Monitorinq çərçivəsində Azərbaycan Respublikasının paytaxtı Bakı
şəhərində, həmçinin ölkənin beş bölgəsində (Gəncə, Lənkəran, Sumqayıt, Şəki,
Qusar) tərkibində politoloq və hüquqşünas olan ekspert qrupu təşkil edilmişdi.
Ekspert qrupunun üzvləri aşağıdakı istiqamətlərdə monitorinq və təhlillər aparmış, toplanan məlumatlar əsasında hesabatlar tərtib etmişlər:
1.Azərbaycan Respublikasının Prezidentliyinə namizədləri irəli sürmək barədə istəyini bildirən siyasi partiyaların monitorinq regionlarında fəaliyyəti barədə informasiyanın toplanması;
2.Monitorinq regionlarında siyasi partiyaların mətbu nəşrləri barədə informasiyanın toplanması;
3.Regionda namizədlərin qərargahları tərəfindən təşviqat tədbirləri: yığıcaq, mitinqlərin monitorinqinin keçirilməsi;
4.Regionda təşviqat kampaniyası: ictimai yerlərdə təşviqat plakatlarının yerləşdirilməsi (bunun üçün xüsusi ayrılmış yerlərdə), namizədlərin qərargahları tərəfindən reklam xarakterli materialların mətbu nəşrlərdə çap olunması;
5.Regional hüquq-müdafiə orqanlarının təşviqat kampaniyasının keçirilməsi dövründə təhlükəsizlik və asayişin təmin edilməsi üzrə fəaliyyəti;
6.Monitorinq regionunda seçki münaqişələri;
7.Seçki məntəqələri və seçici siyahılarının formalaşdırılması barədə məlumatlar;
8.Ötən parlament və prezident seçkilərinin regionda yekunları barədə məlumatlar;
9.Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə qeydə alınmış partiya namizədlərinin imzalarının toplanması monitorinqi;
10.Təhlil olunan regionda seçki komissiyalarının iclasları barədə informasiya – gündəlik və iclasların yekunları;
11.Seçkilərin keçirilməsinin təmin edilməsi üzrə seçki komissiyalarının hüquq tətbiqli və təşkilati fəaliyyətinin monitorinqi;
12.Dairə seçki məntəqələrinin işinin monitorinqi, informasiya materialları ilə təmin olunma, seçicinin qeydə alındığı məntəqədən kənarda səsvermək üçün qeydiyyatdan çıxma vəsiqələrinin verilməsi;
13.Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərin seçkiqabağı tədbirlərinin regional KİV-də (mətbu nəşrlər, televiziya və radio, İnternet şəbəkəsi) işıqlandırılmasının monitorinqi;
14.Baxılan regionda səsvermənin keçirilməsi monitorinqi – statistik məlumatlar və MDB PAA-dan olan beynəlxalq müşahidəçilərlə qarşılıqlı fəaliyyət (səsvermə günü).