2008-ci ildə Azərbaycanda növbəti prezident seçkiləri keçirildi. 28 iyul 2008-ci ildə Azərbaycan Rrespublikasının Mərkəzi Seçki Komissiyasının iclasında 15 oktyabrda keçirilmiş prezident seçkilərinin başlanması haqqında elan olunmuşdur. Bu iclasda Mərkəzi Seçki Komissiyası Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planını təsdiq etdi.
Bütün 125 seçki dairələrində seçki komissiyaları yaradılmışdır. Seçki Məcəlləsinin müəyyən etdiyi müddətlərdə 5149 daimi seçki məntəqəsi yaradılmış və seçki komissiyaları formalaşdırılmışdır. Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəliklərində 33 seçki məntəqəsi yaradılmışdır. Ümumilikdə, 5359 seçki məntəqəsi yaradılmışdır. Avqust ayından başlayaraq sentyabrın 5-nə kimi namizədliyin, prezident seçkilərində iştirak etmək istəyən şəxslərin irəli sürülməsi həyata keçirilirdi. Namizədlik siyasi partiya, siyasi partiya blokları, seçicilərin təşəbbüs qrupu və ya öz təşəbbüsü ilə irəli sürülürdü.
15 oktyabr 2008-ci il Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə namizədliyin təsdiq edilməsi və qeydiyyatı üçün cəmi 21 şəxs MSK-ya müraciət etmişdir. Onlardan 6 namizəd partiya, 1 namizəd seçicilərin təşəbbüs qrupu tərəfindən, qalanların namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülmüşdür. Bütün namizədlərə imza vərəqələri verilmişdir. Seçki Məcəlləsinə görə, qeydiyyat üçün namizəd ən azı 40 min seçici səsi toplamalıdır. Azərbaycanın Prezidenti vəzifəsinə namizədlərin təsdiq edilməsi üçün imzaların toplanması müddəti 5 sentyabrda başa çatmışdır.
Namizədlər tərəfindən toplanan imzalar və digər sənədlər təqvim planına uyğun olaraq 18:00-qədər təqdim edilmişdir. Yalnız 9 namizəd öz imza vərəqələrini vaxtlı-vaxtında təqdim edə bilmişdir. Qalan namizədlər ya imza vərəqələrini qaytarmamışlar ya da onları boş qaytarmışlar, bəzilərinin namizədliyi isə müxtəlif səbəblər üzrə ləğv edilmişdir. Toplanmış imzalar yoxlanmış, və yoxlamalar əsasında prezidentliyə 7 nəfərin namizədliyinin qeydiyyatı üzrə qərar qəbul edilmişdir. Bu indiki dövlət başçısı, “Yeni Azərbaycan Partiyasının” sədri İlham Əliyev, “Ümid” partiyasının sədri İqbal Ağazadə, “Müasir Musavat” partiyasının sədri Hafiz Hacıyev, “Böyük Quruluş” partiyasının sədri Fazil Qəzənfəroğlu Mustafayev, Azərbaycan Bütöv Xalq Cəbhəsi partiyasının sədri Qüdrət Həsənquliyev, Azərbaycanın LiberalDemokratik partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli olmuşdur.
Qalan iki namizədin bir neçə min imzası etibarsız hesab edildiyindən onların namizədliyi qeydə alınmamışdır. Onlar ümumilikdə 40 mindən az seçici səsini topladıqları üçün namizədliklərini qeydə almaq mümkünsüz olmuşdur. Azərbaycanda prezident seçkiləri ilə əlaqədar MSK nəzdində Mətbuat-qrupu yaradılmış, həmin qrup mətbuatda təşviqat kampaniyasının gedişini nəzarət etmişdir. Qrupun tərkibinə MSK üzvləri Azər Tağıyev, Almas Qəhrəmanova, Fuad Cavadov, MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyev, MSK mətbuat xidmətinin, “AzTV”, ANS, “Speys”, “Lider”, İTV kanallarının, AzərTac, APA, Olaylar, Turan informasiya agentliklərinin, “Yeni Musavat, “525-ci qəzet”, “Azərbaycan” qəzetlərinin əməkdaşları daxil olmuşlar.
Seçki Məcəlləsinin 75 maddəsinə uyğun olaraq, 17 sentyabr 2008-ci ildə, yəni seçkilərə 28 gün qalmış 15 oktyabr prezident seçkiləri ilə əlaqədar təşviqat kampaniyası başlamış və 14 oktyabr 08.00 səsverməyə 24 saat qalmış başa çatmışdır. Teleradioyayımlarda namizədlər üçün həm pullu, həm də pulsuz efir vaxtı ayrılmışdır. Seçki prosesinin iştirakçıları KİV vasitəsilə seçkiqabağı təşviqatın aparılmasının bərabər imkanları ilə təmin edilmişlər. Seçkiqabağı təşviqatın aparılması barədə MSK-ya 22 nəfər müraciət etmişdir. Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklərin əsasında 77.1 bəndinə görə seçkilər zamanı dövlət tərəfindən maliyyələşən televiziya, radio və qəzetlər vasitəsilə pulsuz və pullu təşviqatın aparılmasına qadağa qoyulmuşdur.
Beləliklə, AzTV dövlət televiziyası seçkiqabağı təşviqat kampaniyasında iştirak etməmişdir. Təşviqat kampaniyası üçün namizədlərə bütün lazımi şərait yaradılmışdır. Bütün namizədlər tamamilə bərabər şərtlərlə KİV-ə çıxış əldə etmişlər. Ümumilikdə, seçkiqabağı təşviqat üçün 6 saat ayrılmışdır. Onlardan 3 saat radioda və 3 saat televiziyada. Dəyirmi masalar radioda həftənin tək günlərində, televiziyada isə həftənin cüt günlərdə efirə çıxırdı. Dəyirmi masalar zamanı hər namizədə 8 dəqiqə 35 saniyə ayrılmışdı. Azərbaycanda 15 oktyabr prezident seçkilərinin təşkili məqsədilə dövlət büdcəsindən 23 mln. 500 min manat ayrılmışdır.
Bu maliyyə vəsaitləri seçki kampaniyasının təşkili, seçki komissiyaları üzvlərinin əmək haqqları, seçkilərdə iştirak etmək üçün çağırışla plakatlar, reklam çarxları, texniki vasitələr və digər məsələlərə yönəlmişdir. İlk olaraq, Azərbaycanın seçki təcrübəsində prezident seçkiləri günü seçki məntəqələrində seçkilərin gedişini müşahidə etmək üçün müşahidə kameraları quraşdırılmışdır. Kameralar respublikada olan seçki məntəqələrinin 10 faizini əhatə etmişlər, onlar 500 seçki məntəqəsində quraşdırılmışdır. Kameralar vasitəsilə seçki məntəqələrinin səsverməyə hazırlanmasından tərtib olunmuş protokolların axşam dairələrə göndərilməsinə kimi bütün proseslər müşahidə olunmuşdur. Kameralar İnternetə birləşdirilmiş idi, və dünyanın istənilən ölkəsində Azərbaycanda prezident seçkilərinin gedişini müşahidə etmək olardı.
Demək olar ki, by addım demokratik ölkələr üçün nümunə olmuş, şəffaflıq və aşkarlıq baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Küçə reklamı da fərqlənirdi. Keçmiş seçkilərdən fərqli olaraq, bu dəfə plakatlar yalnız seçki komissiyaları tərəfindən ayrılmış yerlərdə xüsusi quraşdırılmış planşetlərdə asılmışdır. Təşviqat materiallarının tarixi və memarlıq əhəmiyyətli binalarda yapışdırılması qadağan edilirdi. Plakatların özəl mənzillər, evlər və dükanların divarlarında yapışdırılması üçün həmin obyekt sahibinin razılığının mövcud olması lazım idi. Azərbaycanda 15 oktyabr prezident seçkilərinin müşahidə edilməsi üçün 34 xarici KİV-in 90-dan çox nümayəndəsi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmişdir.
Quruma müraciət edənlər arasında NTV, “Rustavi-2”, “STV”, “Mir”, “İmedi”, “Al-Cazirə” (Qətər), “Milli Rumıniya” (Rumıniya) telekanalları, “Anadolu” agentliyi, İRNA (İran), “İhlas”, “Rossiyskaya qazeta", “Associated Press", Vesti, France Press informasiya agentlikləri, “Azerros” (Rusiya) qəzeti, “TRT” (Türkiyə) telekanalı, “Blomberg”, ERA (ABŞ), “Reuters” (İngiltərə) agentlikləri, “El Pais” (İspaniya) qəzeti və İTAR-ТАSS olmuşlar. Azərbaycanda 15 oktyabr prezident seçkilərini müşahidə etmək üçün MSKda 1233 beynəlxalq müşahidəçi qeydə alınmışdır. Bu beynəlxalq müşahidəçilər müxtəlif ölkələrin və təşkilatların nümayəndələri olmuşlar. Onların arasında ATƏT, AŞ və AŞPA, Aİ, Avropa Parlamenti, MDB PA, QUAM, ATƏT DTİHB və digər mötəbər beynəlxalq təşkilatların nümayəndələri olmuşdur. Azərbaycanda prezident seçkilərinin gedişini müşahidə etmək üçün 40 mindən artıq yerli müşahidəçi qeydiyyatdan keçmişdir.
Ötən parlament seçkilərindən fərqli olaraq bu seçkilərdə “exit-poll”u xarici deyil, yerli təşkilatlar keçirmişlər. “Exit-poll”-un keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti seçkilərində Mərkəzi Seçki Komissiyası tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi və “Rəy” Monitorinq Mərkəzinin qeydə alınması barədə qərar qəbul edilmişdir. Danimarkadan Azərbaycana gözlə görünməyən mürəkkəb gətirilmişdir, əlavə şəffaf seçki qutuları və ultra-bənövşəyi detektorlar (lampalar), və onlar ölkədə keçirilən prezident seçkiləri günü istifadə olunmuşdur.
Görmə qabiliyyəti zəif olan seçicilərin müstəqil səs verməsi üçün bütün seçki məntəqələrinə xüsusi əlifba vasitəsilə hazırlanmış trafaretlər çatdırılmışdır. Bütün respublika üzrə dairə seçki komissiyalarının 77 yaxın yeni binası inşa edilmişdir. Dairə və məntəqə seçki komissiyaları yerləşdiyi qalan yerlər tam təmir edilmişdir. Bütün Dairə seçki komissiyaları və Məntəqə seçki komissiyaları Seçki Məcəlləsinə uyğun olaraq tam komplektləşdirilmişdir. Bütün 125 Dairə seçki komissiyaları və təxminən 5359 Məntəqə seçki komissiyaları seçkilərin şəffaf və demokratik keçirilməsi üçün bütün zəruri avadanlıqla təmin edilmişlər. Bütün dairə seçki komissiyaları və Mərkəzi Seçki Komissiyası arasında Mərkəzi Seçki Komissiyasının operativ məlumatlandırılması üçün xüsusi kompüter şəbəkəsi yaradılmışdır. Bütün Dairə seçki komissiyalarının kompüterləri İnternetə qoşulmuşdur. 2003-cü ildən fərqli olaraq Azərbaycanda bu prezident seçkiləri bəzi fikir ayrılıqlarına baxmayaraq, ümumilikdə, kifayət qədər sabit şəraitdə keçmişdir. Azad, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün bütün şərait yaradılmışdır. Seçkilərin gedişində ciddi hüquqpozmaları qeydə alınmamışdır.
Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 4 927 561 seçici qeydə alınmışdır. Onlardan 52% - qadın, 48% isə kişi idi. Seçkilərin yekunları göstərdi ki, 15 oktyabr 2008-ci ildə keçirilmiş prezident seçkilərində namizədlərin lehinə cəmi 3 642 874 seçici, yəni seçicilərin 75,64% səs vermişdir. Əldə edilmiş nəticələrə əsasən hakim “Yeni Azərbaycan” partiyasından olan namizəd, indiki dövlət başçısı İlham Əliyevin lehinə 3 232 259 seçici (88,73 faiz) səs vermişdir. İqbal Ağazadə 104 279 səslə (2,86%) ikinci, Fazil Qəzənfəroğlu 89 985 səslə (2,47%) – üçüncü, Qüdrət Həsənquliyev 83 037 səslə (2,28%) – dördüncü, Qulamhüseyn Əlibəyli 81 120 səslə (2,23%) – beşinci, Fuad Əliyev 28 423 səslə (0,78%) – altıncı və Hafiz Hacıyev 23 771 səslə (0,65%) – yeddinci yerdə olmuşdur. Beləliklə, İlham Heydər oğlu Əliyev prezident vəzifəsi uğrunda mübarizədə yeddi namizəd arasında böyük üstünlüklə qələbə qazanmışdır.