Azərbaycan Respublikasının Milli Məclisinə dördüncü çağırış deputat seçkilərinin hazırlığı və keçirilməsinə start Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2010-cu ildə Parlament seçkilərinin keçirilməsi haqqında 3 sentyabr 2010-cu il tarixli Sərəncamı ilə verilmişdir.Seçki Məcəlləsinin 99-cu maddəsinin müddəalarına əsasən, Mərkəzi Seçki Komissiyası 1 oktyabr 2010-cu il tarixli iclasında seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası barədə qərarı təsdiq etmişdir. 22 oktyabr 2010-cu ildə Milli Məclisin mətbəəsində bülletenlərin çapına başlanılmışdır.

Onların ümumi sayı 5 miliyondan bir qədər artıq olmuşdur, çünki qanunvericiliyin tələblərinə uyğun olaraq, bülletenlərin sayı MSK-da qeydiyyata alınmış seçicilərin sayından (4mln. 829 min nəfər) üç faizdən artıq ola bilməz. Seçki məntəqələrində bülletenlərin sayı qeydiyyata alınmış seçicilərin sayının 0,5 faizindən artıq və heç bir halda qeydiyyata alınmış seçicilərin sayının 90 faizindən az ola bilməz.

Mərkəzi seçki Komissiyası həm siyasi partiyaları və blokları, həm də müstəqil namizədləri təmsil edən 1500-ə yaxın, dairə seçki komissiyaları isə 30 mindən artıq milli müşahidəçi qeydə almışdır.

2010-cu ilin sentyabr ayında MSK seçki kampaniyasında iştirak etmək istəyən siyasi partiyaların və blokların qeydiyyatını həyata keçirmişdir. Eyni zamanda siyasi partiyaların və blokların rəsmi səlahiyyətlilərinin qeydiyyatı aparılmışdır. 11 sentyabr 2010-cu ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası deputatlığa namizədliyin irəli sürülməsi, seçici imzalarının toplanması, deputatlığa namizədliyin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi, dairə seçki komissiyalarında namizədliyin qeydə alınması qaydaları əks olunan, parlament deputatlığına namizədlərin hüquq və vəzifələri izah edilən “Milli Məclisə deputatlığa namizədlər üçün Yaddaş kitabçası” hazırlayaraq çap etdirmişdir.

8 oktyabr 2010-cu ilədək dairə seçki komissiyaları namizədlərdən, onların səlahiyyətli nümayəndələrindən, partiyalar və bloklardan imza vərəqələri qəbuletmiş və sənədləri qəbul etdikdən sonra yeddi gün müddətində imza vərəqələrinin düzgün doldurulmasını yoxlamışlar. Namizədlərin qeydiyyatı 15 oktyabr 2010-cuilədək davam etmişdir. Seçki marafonunda iştirak etmək üçün dairə seçki komissiyalarına 1043 vətəndaş müraciət etmiş, onlardan 743-ü qeydiyyata alınmış,

690 namizədin adı seçki bülletenlərinə daxil edilmişdir.

Milli Məclisə seçkilərdə 23 siyasi partiya tərəfindən namizədlər irəli sürmüş, bunlardan 10-u müstəqil, 13-ü isə 5 blokda birləşərək iştirak etmişdir.

Qeydiyyata alınmış namizədlər Azərbaycan Respublikasının aşağıdakı siyasi qüvvələrini təmsil etmişlər (MSK-da qeydiyyata alınmış namizədlərin sayının azalması qaydası ilə): “Yeni Azərbaycan Partiyası”nı – 111 namizəd, “AXCP-

Musavat” blokunu – 35 namizəd, “Qarabağ” blokunu – 31 namizəd, “İslahat” blokunu – 31 namizəd, “Klassik Xalq Cəbhəsi Partiyası”nı – 30 namizəd,

“Azərbaycan Milli İstiqlal Partiyası”nı – 21 namizəd, “Demokratik Azərbaycan Dünyası Partiyası”nı – 20 namizəd, “İnsan namizə” blokunu – 19 namizəd, “Demokratiya” blokunu – 17 namizəd, “Ana Vətən Pariyası”nı – 7 namizəd, “Müasir Musavat Partiyası”nı – 7 namizəd, “Azərbaycan Sosial Demokrat Partiyası”nı – 2 namizəd, “Azərbaycan Milli Demokrat Partiyası”nı – 1 namizəd, “Azərbaycan Tərəqqi Partiyası”nı – 1 namizəd, “Azərbaycan Milli Dövlətçilik Partiyası”nı – 1 namizəd. Digər qeydə alınmış 365namizəd isə müstəqil namizəd olmuşdur. Parlament seçkilərinə hazırlıq və səsvermə prosesi Azərbaycan Respublikasının Seçki Məcəlləsi əsasında keçirilmişdir. 50 minə yaxın yerli, 1000- dən çox xarici müşahidəçi seçki prosesini izləmişdir. Hər bir seçiciyə seçki vəsiqəsi təqdim olunmuş, yerli qeyri-hökumət təşkilatlarına seçkini müşahidə etmək üçün icazə verilmiş, barmaqların rəngsiz mürəkkəblə işarələnməsi və “exit- poll” həyata keçirilmişdir.

Mərkəzi Seçki Komissiyası 46 seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab etmişdir. Bunun seçkilərin ümumi nəticələrinə heç bir təsiri olmamışdır.