Hüquqi-siyasi sisteminə görə prezidentli respublika olan Azərbaycanda dövlət hakimiyyətinin bölünməsi 3 orqan – Prezident (icraedici), Məhkəmə (nəzarət) və Milli Məclis (qanunverici - parlament) arasında müəyyən olunur.
Ölkədə hər 5 ildən bir yerli idarəetmə orqanları – bələdiyyələrə, prezident və parlamentə seçkiləri keçirilir. Azərbaycan Respublikasında seçkiləri və referendumu Mərkəzi, Dairə və Məntəqə seçki komissiyaları keçirir.
Seçki komissiyalarının 1/3 üzvü deputatları parlamentdə çoxluq təşkil edən 8 partiyanı, 1/3 üzvü heç bir siyasi partiyanı təmsil etməyən deputatları, 1/3 üzvü isə parlamentdə azlıq təşkil edən partiyaları təmsil edir. Müstəqil deputatları təmsil edən 2 namizəddən biri Milli Məclisdə çoxluq təşkil edən partiyanın, digəri isə Milli Məclisdə azlıq təşkil edən partiyanın nümayəndələri ilə razılaşdırılır.
Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası Seçki Məcəlləsi ölkə ərazisində yerli özünüidarə orqanlarına, yəni bələdiyyələrə seçkilərin keçirilməsini tənzimləyir.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli sərəncamına əsasən respublika ərazisində olan bələdiyyələrin bir çoxu birləşdirilib. Müvafiq sərəncamdan sonra bələdiyyələrin sayı 2757-dən 1718-əqədər azaldılıb. Bu seçkilərdə həmçinin səlahiyyətləri 2011-ci ildə bitməli olan bələdiyyələrə də seçkilər keçirilib. Xatırladaq ki, həmin bələdiyyələrə 6 oktyabr 2006-cı ildə növbədənkənar təkrar və əlavə seçkilər keçirilib.
Azərbaycan Respublikasında ölkə üzrə mövcud olan 125 seçki dairəsindən 118-də yerli özünüidarə orqanlarına seçkilər keçirilib. Digər dairələrin əhatə etdiyi
ərazilər Ermənistan Respublikası hərbi qüvvələrinin işğalı altında olduğu üçün 7 dairədə seçkilər keçirilməyib. 23 dekabr 2009-cu il Bələdiyyə seçkiləri zamanı
4816 seçki məntəqəsi fəaliyyət göstərib.
SEÇKİ KOMİSSİYALARININ FƏALİYYƏTİ
a)Səsvermə gününə hazırlıq və ictimai məlumatlandırma. 23 dekabr 2009-cuildə keçirilən bələdiyyə seçkilərinə hazırlıqla bağlı Mərkəzi Seçki Komissiyası (MSK) fəaliyyətini qanunla müəyyən edilmiş müddətdə həyata
keçirib və seçkilərə hazırlıqla bağlı zəruri sənədləri təsdiq edib. MSK bələdiyyə seçkiləri üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin, vəkil edilmiş şəxslərin və müşahidəçilərin qeydiyyatını əsasən qanunla müəyyən edilmiş müddətdə təmin edib.
b)MSK qanuna uyğun olaraq seçki günü qaydaları və seçki hüququnun təbliğinə dair bəzi materiallar nəşr edərək, aşağı seçki komissiyaları vasitəsilə yayılmasını təmin edib. Seçkilər dövründə bələdiyyələrin səlahiyyətləri və seçkilərin əhəmiyyəti barədə bəzi yerli QHTlər Bakıda və ölkənin digər iri şəhərlərində az sayda ictimai müzakirələr təşkil ediblər.
Seçki Məcəlləsinin 33.1 və 38.1-ci maddələri, Əmək Məcəlləsinin 179.1-cimaddəsi 23 dekabr 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı Mərkəzi Seçki Komissiyası 19 təlimat qəbul edib.
c)Seçici siyahılarının vəziyyəti. Seçki Məcəlləsinin göstərişinə görə seçicilər siyahısı seçki gününə ən azı 35 gün qalmış (18 noyabr 2009-cu ilədək) seçicilərin tanış olması, bəzi əlavə və dəqiqləşdirmələr aparılması məqsədilə seçki məntəqələrində asılıb. Eyni zamanda MSK nəzdində fəaliyyət göstərən
―Seçkilər‖ İnformasiya Mərkəzinin İnternet səhifəsi vasitəsilə seçki siyahıları üzrə axtarış sistemi fəaliyyət göstərib. Seçkilər rəsmi olaraq başladıqdan sonra qanunvericiliyə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən 9 nəfərdən ibarət Ekspert Qrupu yaradılıb.
Namizədlərin irəli sürüləməsi və qeydiyyatı
Namizədliyin qeydiyyata alınması qaydası Seçki Məcəlləsinə əsasən, səsvermə günü 21 yaşı tamam olan (seçki günü də daxil olmaqla) və yaşı 21-dənyuxarı olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan
Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. Bələdiyyə üzvü olmaq istəyən vətəndaşlar öz namizədliklərini Seçki Məcəlləsinin 53 və 54-cümaddələrinə uyğun olaraq namizədliklərini öz təşəbbüsü ilə, siyasi partiya və siyasi partiyalar blokları tərəfindən irəli sürə bilərlər. Namizədlərin irəli sürülməsi Seçki
Məcəlləsinin müvafiq maddələri ilə yanaşı Mərkəzi Seçki Komissiyasının 7 iyun
2006-cı il tarixli 27/107 saylı 28/107 saylı Qərarları13 ilə təsdiq edilmiş 2 təlimatına uyğun aparılır.
İmza toplama prosesi. Seçki Məcəlləsinə əsasən Müvafiq seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş:
•əhalisi 99.999-dan çox olan ərazidə — 150;
•əhalisi 49.999-dan çox olan ərazidə — 100;
•əhalisi 19.999-dan çox olan ərazidə — 75;
•əhalisi 9.999-dan çox olan ərazidə — 50;
•əhalisi 4.999-dan çox olan ərazidə — 30; 9
•əhalisi 4.999-dan az olan ərazidə — 15 seçici imzası toplamalıdır.
Bələdiyyə seçkilərində seçicilərin bələdiyyə üzvlüyünə bir neçə namizədin müdafiəsi üçün imza etmək hüququ vardır.
Qeydə alınmış namizədlər Qeyd edək ki, namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi 8 oktyabr 2009-cu ildə başlayıb və 23 noyabr 2009-cu ilədək davam edib. 23 dekabr 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində 31 min 861 namizəd qeydə alınıb. Bu namizədlər 1718 bələdiyyəni əhatə edən 15 682 bələdiyyə üzvlüyünə iddia edib. Qeyd edək ki, bələdiyyə seçkiləri ilə bağlı 35 076 nəfərin namizədliyi təsdiq edilib. Dairə Seçki Komissiyaları 3215 nəfərin namizədliyini qeydə almaqdan imtina edib. Qeydə alınan şəxslərin 14 647 nəfərinin seçkilərə namizədliyini özü tərəfindən, 147 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürüb. Yeni Azərbaycan Partiyası 15 388, digər 17 siyasi partiya isə 1679 nəfər namizəd irəli sürüb. Seçkilərə 11 331 nəfər bitərəf qatılıb. Namizədlərin 382 nəfəri isə partiya mənsubiyyətini göstərməyib.
23 dekabr 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində qeydə alınmış namizədlərin partiya mənsubiyyəti aşağıdakı kimi olub:
●Yeni Azərbaycan Partiyası - 17688
●Milli İstiqlal Partiyası - 35
●Ana Vətən Partiyası - 292
●Vətəndaş Həmrəliyi Partiyası - 306
●Musavat Partiyası - 130
●Demokratik Azərbaycan Dünyası Partiyası - 134
●Yaşıllar Partiyası - 3
●Ümid Partiyası - 348
●Komunnist Partiyası - 74
●Milli Demokrat Partiyası – 1
●AVP - 16
●DSP - 1 12
●Sosial Rifah Partiyası - 164
●Liberal Partiyası - 5
●Sosial Demoktat Partiyası - 2
●Xalq Cəbhəsi Partiyası - 38
●Vəhdət Partiyası - 8
●Liberal Demokrat Partiyası - 4
●Demokrat Partiyası - 26
●Ədalət Partiyası - 28
●MVP - 2
●Müasir Müsavat Partiyası - 31
●Tərəqqi Partiyası - 1
●DİSP - 75
●Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - 264
●Böyük Quruluş Partiyası – 381
●Vətəndaş Birliyi Partiyası - 17
●Klassik Xalq Cəbhəsi Partiyası - 39
●Vətəndaş və İnkişaf Partiyası – 25
●Milli Demokrat Partiyası - 10
Bələdiyyə seçkiləri üzrə təbliğat kampaniyası Azərbaycan Respublikası Seçki Məcəlləsinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə 28 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Bələdiyyə seçkiləri ilə bağlı 25 noyabr 2009-cu ildən etibarən seçkiqabağı təbliğat-təşviqat
kampaniyası başlayıb və bu proses 22 dekabr 2009-cu il saat 08.00-dək davam edib. Seçki Məcəlləsinə görə Bələdiyyə seçkiləri üzrə təbliğat-təşviqatkampaniyası Kütləvi İnformasiya Vasitələri, dövri nəşrləri, çap, audiovizual və digər seçkiqabağı təşviqat materiallarının buraxılması, həmçinin kütləvi tədbirlərin keçirilməsi vasitəsilə həyata keçirilir.
Seçki Məcəlləsi həmçinin seçkiqabağı təbliğat-təşviqat kampaniyasının həm
ödənişli, həm də ödənişsiz əsaslarla həyata keçirilməsi qaydalarını tənzimləyir.
Təşviqatın Kütləvi İnformasiya vasitələrində aparılması. Seçki
Məcəlləsinin göstərişinə görə bələdiyyə seçkilərində yalnız Respublika üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı təbliğat-təşviqat kampaniyasında pulsuz efir vaxtını əldə etmək hüququ vardır. Bu isə ölkə üzrə 1718 bələdiyyədən ən azı
860 bələdiyyədə siyasi partiyaların namizədlərinin qeydə alınmasını zəruri edir. 23 dekabr 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində isə bu imkanı yalnız hakim
Yeni Azərbaycan Partiyası (YAP) əldə edib. Ancaq YAP bu hüququndan istifadə etməyib.
Azərbaycan Respublikasında 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi dövründə Azərbaycan Respublikası Konstitusiyasının, Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının norma və tələblərinə riayət olunmuşdur. Bələdiyyə seçkilərində ölkə üzrə seçicilərin ümumi sayının 32,04 faizi səsvermədə iştirak etmiş və bunun nəticəsində də seçkilər baş tutmuşdur. Dairə seçki komissiyaları tərəfindən 30 min 954 bələdiyyə üzvlüyünə namizəd qeydə alınmış və onlara təşviqat dövründə bərabər şərait yaradılmışdır.
Səsvermə günü də daxil olmaqla seçki dövründə baş verən bütün çatışmazlıqlar dərhal aradan qaldırılmışdır. Bələdiyyə seçkiləri 118 seçki dairəsi və 4813 seçki məntəqəsi üzrə keçirilmiş, 15 min 682 bələdiyyə üzvünün seçilməsi üçün 1718 bələdiyyəni əhatə etmişdir. Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində - Dağlıq Qarabağ regionunda, Ağdərə, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl rayonlarında tam, Ağdam və Füzuli rayonlarının isə işğal altında olan hissəsində bələdiyyə
seçkilərinin keçirilməsi qeyri-mümkün olmuşdur. Seçkilər zamanı aşkarlığın təmin olunması üçün bütün tədbirlər görülmüş, qanuna müvafiq surətdə mövcud seçki məntəqələrinin 10 faizindən çoxunda veb-kameralar quraşdırılmış və müşahidəçilərin sərbəst fəaliyyəti üçün şəraitin yaradılması nəticəsində səsvermə günü 54 beynəlxalq və 50 mindən çox yerli müşahidəçi, 28 informasiya agentliyi, 12 xarici KİV, 18 teleradio şirkəti, 39 yerli qəzet və jurnal nümayəndələri seçkilərin gedişini izləmişlər. Səsvermənin gedişini izləmiş həm yerli, həm də beynəlxalq müşahidəçilər ümumən seçkiləri müsbət qiymətləndirmişlər. Həm ölkə, həm də beynəlxalq ictimaiyyətin seçkinin nəticələri ilə dərhal tanış olması üçün səsvermə başa çatdıqdan sonra məntəqələr üzrə ilkin nəticələr Mərkəzi Seçki
Komissiyasının nəzdindəki ―Seçkilər‖ İnformasiya Mərkəzi tərəfindən 24 saat
ərzində Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilmiş, yekun protokolları və digər seçki sənədləri məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına qanunla müəyyənləşdirilmiş müddətdə çatdırılmışdır. Mərkəzi
Seçki Komissiyası dairə seçki komissiyalarından bələdiyyələr üzrə yekun protokollarını və digər seçki sənədlərini qanunla müəyyən olunmuş qaydada və müddətdə qəbul edib yoxlamışdır. Qeydə alınmış qanun pozuntuları ilə əlaqədar səsvermə günü və ondan sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər də qanunla müəyyən olunmuş qaydada və müddətdə araşdırılmış, qanunun tələbinə uyğun qərarlar qəbul olunmuşdur.
11 yanvar 2010-cu ildə MSK-nın baş tutmuş iclasında MSK katibi Natiq Məmmədov həmçinin komissiya üzvlərini Mərkəzi Seçki Komissiyasının 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair qərarının layihəsi ilə tanış etmişdir. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki,
2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin baş tutması, bu seçkilərin ümumən Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirilməsi nəzərə alınsın. Eyni zamanda, 33 seçki məntəqəsindəki səsvermənin nəticələri və 9 bələdiyyəyə seçkilərin etibarsız hesab edilməsi, seçkilərin ümumi yekunları rəsmi təsdiq edilmiş bütün
1709 bələdiyyə üzrə bələdiyyə üzvlərinin tam tərkibdə formalaşmasının nəzərə
alınması haqqında qərar çıxarılmışdır. Komissiya bələdiyyələr üzrə seçilmiş üzvlərin siyahısının elan edilməsi barədə qərar qəbul etmişdir. Seçkilərin hazırlanması və keçirilməsi zamanı öz fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə 50 saylı Qobustan-Xızı-Quba və 72 saylı Yardımlı-Masallı dairə seçki komissiyaları sədrlərinin tutduğu vəzifəyə uyğunsuzluğu müəyyən edilmiş, eyni səbəbdən 70 saylı Masallı şəhər, 80 saylı İmişli-Beyləqan seçki dairələri dairə seçki komissiyaları buraxılmışdır.
Seçkilərlə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmış materialların bir qismi aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. İclasın sonunda bələdiyyə seçkilərinin ümumi yekunlarına dair Mərkəzi Seçki
Komissiyasının yekun protokolu tərtib edilərək təsdiqlənmişdir.
2009-cu il dekabrın 23-də keçirilmiş seçkilərində qalib gəlmiş şəxslərin 10 min 705-nin namizədliyi siyasi partiyalar, 77-nin namizədliyi təşəbbüs qrupları,
4809 nəfərin namizədliyi isə özləri tərəfindən irəli sürülmüşdür. Bələdiyyələrdə siyasi partiyaları təmsil edən namizədlərin 10 min 290-ı YAP, 132-si BQP, 81-iBAXCP, 62-si AVP, 61-i VHP, 41-i Ümid, 15-i ADİSP, 14-ü VBP, 5-i ASRP, 4-üisə Müsavat partiyalarının üzvləridir. Bitərəflərin sayı 4157, partiya mənsubiyyətini göstərməyənlər 157 nəfərdir. Builki bələdiyyə üzvlərinin 9 min 979-u ali, 2711-i orta ixtisas, 2825-i orta, 76-sı isə natamam ali təhsillidirlər. Bələdiyyə üzvlərinin 11517-ni kişilər, 4074-nü qadınlar təşkil edirlər. Bələdiyyə
üzvlərinin 4243-ü 21-30, 2615-i 31-40, 4781-i 41-50, 3293-ü 51-60 yaş qrupuna daxildirlər. 659 nəfərinin yaşı 60-dan yuxarıdır. Ümumilikdə isə 15 min 591 nəfər bələdiyyə üzvü seçilmişdir.