2010-cu ilin mart ayından başlayaraq Bakı Filialı 2010-cu ilin noyabrında keçiriləcək parlament seçkiləri ilə bağlı bir sıra monitorinqlərin, sorğu və araşdırmaların keçirilməsinə start vermişdir. Bu dövrdən başlayaraq Filial tərəfindən siyasi partiyaların, seçki komissiyalarının və parlament seçkiləri ilə əlaqəli digər tərəflərin fəaliyyəti izlənilmiş və təhlil olunmuşdur. Bundan əlavə MDB PAA Demokratiyanın, Parlamentarizmin İnkişafının və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun parlament seçkilərinə dair ətraflı məlumata malik olması üçün parlament seçkiləri üçün təsdiq olunmuş monitorinqlərdən əlavə aylıq monitorinqlər həyata keçirilmişdir. 07 noyabr 2010-cu il Parlament seçkilərində MDB PAA DİMBİ tərəfindən Azərbaycan Respublikasının beş bölgəsində - Bakıda, Sumqayıtda, Lənkəranda, Gəncədə və Şəkidə seçkilərin təşkili və gedişini izləmək üçün seçki qərargahları yaradılmışdır.
10 sentyabrdan fəaliyyətə başlayan qərargahların hər birində 4 ekspert çalışmışdır. Bu tarixdən etibarən MDB PAA DİMBİ Bakı filialı və qərargahlar da daxil olmaqla 29 ekspert seçki prosesinə uyğun olaraq müxtəlif istiqamətlərdə monitorinqlər həyata keçirmişlər. Qərargahlardakı ekspertlərin əsas vəzifəsi seçkilərə hazırlıq, seçkilərin təşkili və keçirilməsi üzrə monitorinqlərin həyata keçirilməsindən ibarətdir. Monitorinq və müşahidə nəticələri MDB PAA-nın aralıq hesabatında öz əksini tapmışdır. Filialın əməkdaşları Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparmaq üçün MSK tərəfindən qeydiyyata alınmış və müvafiq vəsiqə ilə təmin olunmuşlar. Parlament seçkilərinə rəsmi start verildikdən sonra Bakı Filialı seçkilərin təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının seçki məcəlləsinə uyğun olaraq aşağıdakı istiqamətlərdə monitorinq və araşdırmalara başlamışdır: Azərbaycan Respublikasında seçici siyahılarının formalaşması barədə ümumi məlumatlar;
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədlərin qeydiyyatı barədə yekun məlumatlar;
İmza toplamanın və MSK-nın Azərbaycan Respublikasının Milli Məclisinin deputatlığına qeydiyyata alınmış partiya və qeyri partiya namizədlərinin təsdiqinin monitorinqi;
Azərbaycan Respublikasında ötən parlament və prezident seçkilərinin yekunları barədə məlumatlar;
Milli Məclisə deputatlığa namizədlərin KİV-ə yol tapmasına eyni şəraitlərin təmin olunmasının analizi;
Seçki komissiyalarının tərkibi və onların tərkibinin Azərbaycan Respublikasının qanunvericilik tələblərinə müvafiqliyinin analizi;
Namizədlərin seçkiqabağı fondlarının formalaşması və bu fondlardan vəsaitlərin xərclənməsinin monitorinqi;
Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədlərin seçkiqabağı tədbirlərinin mətbu və elektron KİV-lərdə, İnternet şəbəkəsində işıqlandırılması, həmçinin namizədlərə dövlət və qeyri dövlət KİV-lərinə bərabər yol tapmalarının təmin olunmasının monitorinqi (MDB PAA-dan olan beynəlxalq müşahidəçilərin ünvanlarına analitik qeydlər üçün materialların toplanılması);
Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədlərin təşviqat fəaliyyətinin monitorinqi;
Seçkilərin keçirilməsinin təmin olunması üzrə hüquq mühafizə orqanlarının, ədliyyə orqanlarının və yerli özünü idarəetmə orqanlarının fəaliyyətinin monitorinqi;
Azərbaycan Respublikası üzrə ümumilikdə rəsmi qeydə alınmış seçki münaqişələrinin monitorinqi;
Azərbaycan Respublikasında səsvermənin keçirilməsinin monitorinqi – ümumi statistik məlumatlar. Monitorinqlərlə yanaşı Bakı Filialı müşahidə və araşdırmalar da təşkil etmişdir. Bu məqsədlə 07-08 oktyabr 2010-cu il tarixlərində institut əməkdaşları Milli Məclis seçkilərinə hazırlığın öyrənilməsi məqsədilə Sabirabad, 12-14 oktyabr tarixlərində isə Gəncə şəhərlərinə ezam olunmuşlar. Səfər zamanı əməkdaşlar müvafiq Dairə Seçki Komissiyalarında olmuş və Milli Məclis seçkilərinə hazırlıq işləri ilə yaxından tanış olmuşlar. Bundan əlavə, Parlament seçkilərində Bakı Filialı yerli müşahidəçilər üçün Azərbaycan və Rus dillərində yaddaş kitabçaları hazırlayaraq Azərbaycanın regionlarında həyata keçirdiyi tədris seminarları çərçivəsində iştirakçılara paylamışdır.