Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan Dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialı 2008-ci il Azərbaycan Respublikasının Prezidenti seçkilərində müxtəlif istiqamətlərdə, o cümlədən:

 Prezident seçkiləri ilə bağlı KIV-də işıqlandırılmış məlumatların monitorinqi;
 Seçici siyahılarının formalaşması barədə ümum məlumat;
 Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə namizədlərin qeydə alınmasının monitorinqi;
 Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə qeydə alınmış namizədlərin imza toplanmasının və Mərkəzi Seçki Komissiyasında təsdiq edilməsinin monitorinqi;
 Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin kütləvi informasiya vasitələrinə çıxışı üçün bərabər şəraitin təmin edilməsinin təhlili;
 Namizədlərin seçki fondlarının formalaşdırılmasının və bu vəsaitlərdən pul vəsaitlərinin xərclənməsini monitorinqi;
 Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə namizədlərin təşviqat fəaliyyətinin monitorinqi;
 Azərbaycan Respublikası üzrə rəsmi qeydə alınmış seçki münaqişələrinin monitorinqi;
 Prezident seçkilərini təmin etmək üçün hüquq-mühafizə orqanlarının, ədliyyə və yerli hakimiyyət orqanlarının fəaliyyətinin (və sair) monitorinqini aparmış, monitorinqlərin yekunlarına əsasən aralıq və yekun hesabatlar hazırlanadaraq rus dilinə tərcümə olunmuşdur.

Bununla yanaşı filial əməkdaşları MDB PAA DİMBİ Bakı filialının əsasnaməsinə uyğun olaraq bu Prezident seçkiləri dövründə MDB PAA-dan olanvə Rusiya Federasiyasının Federal Məclisinin Federasiya Şurası sədrinin müavini Svetlana Orlovanın başçılıq etdiyi müşahidə qrupunun işini əlaqələndirmiş, onların seçki dövründə Azərbaycan Respublikasında fəaliyyətinin metodiki və sair təminatını həyata keçirmişdir.