Haqqımızda

Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutu (İnstitut) informasiya mübadiləsinə dəstək, demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunması üzrə qabaqcıl təcrübənin ümumiləşdirilməsi məqsədi ilə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası haqqında Konvensiya və Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının (MDB PAA Şurası) 17 noyabr 2005-ci il 28 saylı qərarı əsasında yaradılmış Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PAA) köməkçi məsləhətçi orqanıdır.

İnstitut öz fəaliyyətində İnsan hüquqları ümumi Bəyannaməsini, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktı, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasını, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərdə demokratik seçki standartları, seçki hüquq və azadlıqları haqqında Konvensiyanı, Müstəqil Dövlətlər Birliyinin Nizamnaməsini, Müstəqil Dövlətlər Birliyinin insan hüquq və əsas azadlıqları haqqında Konvensiyasını, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası haqqında Konvensiyanı, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası haqqında Sazişi, həmçinin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının fəaliyyətini tənzimləyən digər normativ – hüquqi aktları,

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutu haqqında əsasnaməni, MDB PAA və MDB PAA Şurasının qərarlarını rəhbər tutur. Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialı (MDB PAA DİMBİ Bakı filialı) onun yaranması haqqında sazişlə demokratiya və parlamentarizmin inkişafı, vətəndaşların seçki hüquqlarına riayət olunması sahəsində qabaqcıl təcrübənin ümumiləşdirilməsi məqsədi ilə 27 mart 2007-ci ildə Bakı şəhərində təsis edilmiş və 23 avqust 2008-ci ildə isə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təqdimatı keçirilmişdir.