MDB PAA DİMBİ Bakı filialının 2018-ci ilə dair iş planına əsasən Bakı filialı 08 fevral 2018-ci ildən etibarən 11 aprel 2018-ci il növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı uzunmüddətli monitorinqlərə başlamışdır. 08 fevraldan başlayaraq filial tərəfindən seçki komissiyalarının, KİV-in və prezident seçkiləri ilə əlaqəli digər tərəflərin fəaliyyəti araşdırılmış və təhlil edilmişdir. Bundan əlavə prezident seçkiləri ilə bağlı geniş məlumat əldə etmək üçün MDB PAA Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutu tərəfindən Azərbaycan Respublikasının regionlarında seçki qərargahları yaradılmışdır. Hər birində 1 ekspertin fəaliyyət göstərdiyi qərargahlar öz fəaliyyətinə 15 fevral 2018-ci ildən başlamışlar. Bu vaxtdan etibarən Bakı filialı qərargahlar da daxil olmaqla seçki prosesinə uyğun olaraq müxtəlif istiqamətlərdə monitorinqlər aparmışdır. Ekspertlərin əsas vəzifəsi seçkilərə hazırlıq, həmçinin seçkilərin təşkili və keçirilməsi üzrə monitorinqlərin keçirilməsindən ibarət olmuşdur.

MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparmaq üçün MSK-da qeydiyyatdan keçərək ölkənin müxtəlif regionlarına səfərlər etmiş, bu səfərlər çərçivəsində dairə və məntəqə seçki komissiyalarında olmuş və seçkilərin təşkili və keçirilməsi ilə yaxından tanış olmuşlar. Prezident seçkilərinə rəsmi start verildikdən sonra MDB PAA DİMBİ Bakı filialı aşağıdakı istiqamətlərdə monitorinq və araşdırmalar aparmış, statistik məlumatlar toplamışdır: Seçici siyahılarının vəziyyəti;

2018-ci il aprelin 11-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi dövründə siyasi partiyaların fəaliyyətinin monitorinqi;
Namizədlərin irəli sürülməsi, imza toplama, namizədlərin MSK tərəfindən qeydiyyatı və təsdiq edilməsinin monitorinqi;
MSK, DSK və MnSK-ların fəaliyyətinin monitorinqi;

Seçkilərin keçirilməsinin təmin edilməsi üzrə hüquq mühafizə, məhkəmə və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin monitorinqi;
Azərbaycan Respublikasında seçki məntəqələrinin formalaşması haqqında məlumatlar;
“2018-ci il aprelin 11-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar olan materialların KİV-də işıqlandırılmasının monitorinqi”;
Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədlərin təbliğat - təşviqat fəaliyyətinin monitorinqi;
Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar MSK-da baxılmış seçki münaqişələri və rəsmi qeydə alınmış şikayətlərin monitorinqi;
Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsinin müşahidəsi;
Azərbaycan Respublikasında səsvermənin monitorinqi – statistik məlumatlar;
Növbədənkənar 2018–ci il Azərbaycan Respublikası Prezidenti seçkiləri barədə beynəlxalq müşahidəçilərin rəyləri barədə məlumat. MDB PAA-dan olan beynəlxalq müşahidəçilər tərəfindən analitik qeyd üçün monitorinq məlumatlarının hazırlanması.
MDB PAA DİMBİ Bakı filialı monitorinqlərlə yanaşı Şəki şəhərində maarifləndirici tədbir keçirmişdir. Bundan əlavə seçki dövründə MDB PAA DİMBİ Bakı filalının əməkdaşları Azərbaycanın bu və digər bölgələrinə ezam olunmuşlar. Ezamiyyə dövründə əməkdaşlar müvafiq Dairə və Məntəqə Seçki Komissiyalarında olmuş, qarşıdan gələn Prezident seçkilərinin hazırlanması və keçirilməsi üzrə görülən işlərlə yaxından tanış olmuşlar. Bakı filialı bununla yanaşı seçki iştirakçıları üçün rus və azərbaycan dillərində vəsaitlər hazırlamış və maarifləndirici tədbirlər zamanı dinləyicilərə paylamışdır.