MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçiləri Belarus Respublikası Milli Məclisinin Respublika Şurasının sədri Natalya Koçanova ilə görüş keçiriblər
24/02/2024
MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasına və yerli deputat Şuralarına seçkilərdə seçki məntəqələrində olub
25/02/2024
Show all

MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev Nümayəndələr Palatasına seçkilərdə beynəlxalq müşahidəçilərin müşavirəsində iştirak edib

Minskdə Nümayəndələr Palatasına seçkilərdə beynəlxalq müşahidəçilərin müşavirəsi keçirilib. Burada MDB PA-dan olan beynəlxalq müşahidəçilər Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasına seçkilərdə qısamüddətli monitorinqin gedişi barədə fikir mübadiləsi aparıblar.

Görüşü MDB PA Şurasının Baş katibi Dmitri Kobitski açdı, o, qrupun koordinatorunu – Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçevi və monitorinqdə iştirak edən Birlik ölkələrinin parlamentarilərini təqdim etdi.

“Biz Belarusiyadakı siyasi proseslərin mərkəzindəyik, bu baxımdan MDB PA – ya daxil olan bütün ölkələrin Belarusiyaya öz nümayəndələrini göndərməsi xüsusilə vacibdir” – koordinator qeyd etdi.

MDB PA-dan olan Monitorinq qrupuna 44 nəfər – deputatlar və senatorlar, Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan parlamentlərinin səlahiyyətli nümayəndələri, həmçinin MDB PA-nın Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun ekspertləri daxil olub.

Müşavirədə qeyd olunub ki, Belarusda beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb.

MDB PA Şurası Katibliyi rəhbərinin müavini – Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun direktoru İvan Müşket uzunmüddətli monitorinqin əsas mərhələləri, o cümlədən beynəlxalq müşahidəçilərin keçirdiyi görüşlər barədə məlumat verib.

O, həmçinin Belarus Respublikasının seçki qanunvericiliyini təhlil edən və onun demokratik seçkilərin beynəlxalq standartlarına uyğunluğu barədə nəticə çıxaran institutun ekspertlərinin rəyi ilə müşavirə iştirakçılarını tanış etdi.

Müşahidəçilər fevralın 20-də Belarusda qısamüddətli monitorinqə başlayıblar. Brest, Qrodno və Minsk bölgələrində, eləcə də Respublikanın paytaxtı Minskdə vaxtından əvvəl səsvermənin monitorinqini apardılar.

Səsvermənin əsas günündə monitorinq qrupunun üzvləri seçki məntəqələrinin açıldığı andan fəaliyyət göstərəcəklər. Qrupun ən azı 100 məntəqənin ziyarət edəcəyi gözlənilir. Konstantin Kosaçev qeyd etdi: “Gördüklərimizlə bağlı səriştəli və dərin nəticələr çıxarmaq üçün bütün imkanlarımız olacaq”.

Müşahidənin nəticələri seçkilərin ilkin nəticələrini yekunlaşdırdıqdan sonra təqdim ediləcək rəyin əsasını təşkil edəcəkdir.