Tərəflər cari seçki kampaniyasının xüsusiyyətlərini, Belarusda siyasi islahatları, Birlik ölkələrinin parlamentarilərinin regionda rifah və inkişaf naminə qarşılıqlı fəaliyyətini müzakirə ediblər.
Natalya Koçanova Belarusda seçki qanunvericiliyinin aktuallaşdırılması zamanı MDB PA-nın model sənədlərinin, eləcə də MDB dövlətlərində demokratik seçki standartları haqqında Konvensiyanın normalarının nəzərə alındığını vurğulayıb.
Palatasının spikeri Belarusdakı seçkilərin monitorinqində iştirak etməyə hazır olduqlarına görə deputat həmkarlarına təşəkkür edərək bildirib ki, MDB PA-dan olan müşahidəçilərin işi peşəkarlıq, obyektivlik və konstruktiv yanaşma ilə fərqlənir.
Qrupun koordinatoru, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev müşahidəçilərin keçirdiyi görüşlərdən və “qüsursuz” adlandırdığı seçkilərə hazırlığın uzunmüddətli monitorinqinin nəticələrindən danışıb. O, həmçinin parlamentarilərin Belarusun seçki qanunvericiliyinin modernləşdirilməsi ilə bağlı çox keyfiyyətli işlərini qeyd edib.
Qrupun koordinatoru Respublika Şurasının rəhbərini əmin edib ki, “seçki prosesinin qiymətləndirilməsi ilə deyil, ölkənin qiymətləndirilməsi ilə məşğul olan” opponentlərin fəaliyyətindən fərqli olaraq, MDB PA-dan olan müşahidəçilərin monitorinqi mümkün qədər obyektiv olacaq. Konstantin Kosaçevin sözlərinə görə, Birlik müşahidəçilərinin missiyası çoxqütblü dünyanın formalaşmasına töhfə verir.
Görüşdə parlamentarilər MDB Parlamentlərarası Assambleyası çərçivəsində əməkdaşlığın perspektiv istiqamətlərini, Avrasiya Qadınlar Forumu, “Yaddaş qatarı”, “Regionlar forumu” və digər birgə layihələrin inkişafını müzakirə ediblər. Natalya Koçanova deyib ki, “Təşkilatın iclaslarında məmnunluqla iştirak edirəm. Həmkarlarımız model qanun layihələrini hazırlayaraq komissiyalarda işləyirlər. Bu, ünsiyyət qura biləcəyimiz və ölkələrimiz üçün vacib qərarlar qəbul edə biləcəyimiz möhtəşəm bir platformadır”.
MDB PA-dan olan beynəlxalq müşahidəçilər fevral ayının 20-dən Belarusda keçirilən parlament seçkilərinin qısamüddətli monitorinqini aparırlar. Qrupun tərkibində Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan parlamentlərinin nümayəndələri var. Müşahidəçilər Brest, Qrodno və Minsk vilayətlərində, eləcə də Respublikanın paytaxtında görüşlər keçirir və məntəqələri ziyarət edirlər.
Fevralın 23-də seçkilərdə iştirak edən partiyaların nümayəndələri ilə müşahidəçilərin görüşləri keçirilib. Bu gün Qrup Nümayəndələr Palatasında və Belarus MSK-da olub.
Qeyd edək ki, MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasına və yerli deputatlar Şuralarına seçkilərdə müşahidəçi qismində iştirak edib.