“Seçki prosesinin təhlükəsizliyi” dəyirmi masa
06/06/2024
MDB PA DİMBİ Bakı filialının əməkdaşları “Tavriya” Beynəlxalq Gənclər diskussiya klubunun iclasında onlayn iştirak ediblər.
24/06/2024
Show all

Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının 13-cü plenar iclası keçirilmişdir

2024-cü ilin iyun ayının 6-da Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü plenar iclası keçirilmişdir.

Plenar iclasda Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikasının Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Şimali Kipr Türk Respublikası Parlamentinin sədri Zorlu Töre, Macarıstan Milli Assambleyası sədrinin müavini Marta Matrai və digər yüksək səviyyəli qonaqlar iştirak etmişlər.

Plenar iclas başlamazdan əvvəl parlament sədrlərinin iclasında TÜRKPA-da sədrliyin Türkiyədən Azərbaycana keçməsi barədə qərar qəbul edilmişdir.

Sahibə Qafarova qeyd etmişdir ki, TÜRKPA-nın plenar sessiyasında “Türk dünyası üçün yaşıl üfüqlər: Yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusunda aparılan müzakirələr və qəbul edilən qərarlar iqlim dəyişikliklərinə qarşı mübarizəyə, ölkələrimizin yaşıl enerji sahəsində əməkdaşlığına parlament dəstəyinin ifadəsi olacaq.

Plenar iclasda təşkilati məsələlərə baxılaraq, TÜRKPA-nın komissiya sədrləri və sədr müavinləri, habelə Baş katibin müavini vəzifələrinə irəli sürülən namizədliklərə münasibət bildirilmişdir.

Həmçinin bir sıra təşkilati məsələlər də müzakirə edilərək, müvafiq qərarlar qəbul edilmişdir. Yekunda plenar iclasın Bakı Bəyannaməsi qəbul edilmişdir.

MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev Türk dövlətləri Parlament assambleyasının (TÜRKPA) 13-cü plenar iclasında qonaq qismində iştirak etmişdir.