Beynəlxalq elmi-praktik konfrans: “MDB ölkələrində prezident hakimiyyəti institutu”
23/05/2024
“Seçki prosesinin təhlükəsizliyi” dəyirmi masa
06/06/2024
Show all

“Mən gələcək seçiciyəm” mövzusunda inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi

MDB PA DİMBİ Bakı filialının 2024-cü il üçün İş planına əsasən, 2024-cü ilin mart ayında “Mən gələcək seçiciyəm” mövzusunda inşa-yazı müsabiqəsinin keçirilməsinə start verilmişdir.

Azərbaycanın ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən inşa-yazı müsabiqəsinin məqsədi müvafiq mövzu ilə bağlı gənclərin maarifləndirilməsi və biliklərinin artırılması olmuşdur.

31may 2024-cü il tarixdə MDB PA DİMBİ Bakı filialı Bakıdakı Rus evi və Azərbaycanın rusdilli təhsil müəssisələri müəllimləri Assosiasiyası ilə birlikdə məktəblilər arasında “Mən gələcək seçiciyəm” mövzusunda inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimini keçirmişdir.

Tədbirdə MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev, Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov və Azərbaycanın rusdilli təhsil müəssisələri müəllimləri Assosiasiyasının rəhbəri Lyubov Yakunina çıxış etmişdirlər.

Müsabiqənin nəticələrinə görə birinci yeri Nərmin Bünyatova (Sumqayıt şəhəri, 11 saylı məktəb), ikinci yeri Artemiy Zorikov (Sumqayıt şəhəri, 11 saylı məktəb), üçüncü yeri Zibeydə Hüseyn (Bakı şəhəri, 27 saylı məktəb) tutmuşlar. Qaliblərə diplom və xatirə hədiyyələri təqdim olunmuşdur.