İyunun 24-də “Tavriya” Beynəlxalq Gənclər diskussiya klubunun iclası keçirilib. Tədbir MDB Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq İnstitutu, MDB PA DİMBİ Bişkek filialı və J.Balasaqun adına Qırğızıstan Milli Universiteti tərəfindən həyata keçirilən “Gənclər və seçkilər: təşəbbüs, məsuliyyət, təhlükəsizlik” gənclər elektoral məktəbinin proqramının bir hissəsi olub.
İclasda gənclər elektoral məktəbinin tələbələri, Assambleyanın Belarus, Qırğızıstan, Rusiya və Özbəkistandan olan tərəfdaş universitetlərinin müəllim və tələbələri, MDB PA DİMBİ-nin və onun Filiallarının əməkdaşları və ekspertləri iştirak etmişdir.
İclas gənclərin seçki sahəsində fəal iştirakına, gənc vətəndaşların seçkilərdə və referendumlarda iştiraka məsuliyyətli münasibətinin formalaşdırılmasına və onların seçki prosesinin təhlükəsizliyinin təmin edilməsində rolu məsələlərinə həsr olunmuşdur.