“Mən gələcək seçiciyəm” mövzusunda inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi
31/05/2024
Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının 13-cü plenar iclası keçirilmişdir
06/06/2024
Show all

“Seçki prosesinin təhlükəsizliyi” dəyirmi masa

6 iyun 2024-cü il tarixdə MDB PA DİMBİ Bakı filialının əməkdaşları IV Saratov hüquq Forumu çərçivəsində keçirilən “Seçki prosesinin təhlükəsizliyi” dəyirmi masasının işində onlayn iştirak ediblər.

Tədbir MDB PA və SDHA (Saratov Dövlət hüquq akademiyası) tərəfindən təşkil edilib. Görüş 2023-cü ilin oktyabrında Tavriya Sarayında keçirilən seminarda səsləndirilən müzakirələrin davamı olub. Müzakirələrə MDB PA Şurası Katibliyi rəhbərinin müavini – MDB PA DİMBİ-nin direktoru İvan Müşket və SDHA beynəlxalq hüquq kafedrasının müdiri Dmitri Krasikov rəhbərlik ediblər.

Tədbir iştirakçıları qeyd ediblər ki, dövlətlər və beynəlxalq dövlətlərarası qurumlar üçün mühüm vəzifə seçki proseslərinin monitorinqində könüllü əsaslarla iştirak edən, öz qiymətləndirmələri ilə dövlətlərimizin vətəndaşlarının demokratik prosedurlara inam səviyyəsini artıran beynəlxalq müşahidəçilərə təzyiqin qarşısını almaqdır.

Müzakirə zamanı Rusiya Mərkəzi Seçki Komissiyasının üzvü İqor Borisov, A.S. Puşkin adına LDU-nin dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri Roman Romaşov, Leninqrad Vilayət Seçki Komissiyasının sədri Mixail Lebedinski, Rusiya Federasiyası İctimai Palatasının ictimai nəzarət və vətəndaşların müraciətləri ilə iş Komissiyasının sədri Alena Bulqakova, Rusiya Federasiyası Prokurorluğunun Universitetinin rektoru İqor Matskeviç, MDB PA DİMBİ-nin analitika və seçkilərin monitorinqi şöbəsinin müdiri Roman Amburtsev, Regional seçki komissiyalarının rəhbərləri, müəllimlər və ekspertlər çıxış ediblər.