23 may 2024-cü il tarixində MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev MDB PA-nın Parlament Mərkəzində keçirilən “XXI əsrdə Prezident İnstitutu: inkişaf perspektivləri” mövzusunda keçirilmiş dəyirmi masada iştirak edib. Tədbir “MDB ölkələrində prezident hakimiyyəti İnstitutu” beynəlxalq elmi-praktik konfransı çərçivəsində keçirilib.
Dəyirmi masada Birlik ölkələrinin deputat korpusunun və seçki idarəetmə orqanlarının nümayəndələri, həmçinin MDB PA-nın tərəfdaş universitetlərinin professor-müəllim heyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları birlik dövlətlərində prezident hakimiyyəti institutunun inkişafına dair məruzələr təqdim ediblər.
Burada bildirilib ki, dəyirmi masa prezident hakimiyyəti institutunun fəaliyyəti ilə bağlı tədqiqatçılar, ekspertlər arasında diskussiya meydançası kimi dövlət idarəçiliyinin ən mühüm institutlarından biri haqqında yeni biliklərin formalaşmasına imkan verir.
Qeyd edək ki, tədbirdə MDB PA Şurası Baş Katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Sabir Hacıyev və Rauf Əliyev də iştirak ediblər.