Azərbaycanda prezident seçkilərində səsvermənin monitorinqi başlandı
07/02/2024
Milli Məclisdə MDB PA-dan olan beynəlxalq müşahidəçilərlə görüş keçirilib
08/02/2024
Show all

MDB-dən olan müşahidəçilər Missiyası Azərbaycan Prezidentinin seçkilərini azad və rəqabətli kimi tanıyıb

08 fevral 2024-cü il tarixdə Bakıda Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərində Müstəqil Dövlətlər Birliyindən olan müşahidəçilər missiyasının yekun mətbuat konfransı keçirilib və seçki kampaniyasının beynəlxalq monitorinqinə yekun vurulub.

Missiyanın rəhbəri, MDB-nin Baş katibi Sergey Lebedev məntəqə seçicilərin yüksək iştirakını və seçki komissiyalarının mütəşəkkil işini qeyd edib. Onun sözlərinə görə, namizədlər proqramları təqdim etməkdə və öz mövqelərini seçicilərə çatdırmaqda sərbəst olublar.

“Yeddi namizədin hamısı layiqli insanlardır, böyük siyasi təcrübəyə malikdirlər. Biz ümumi fikrə gəldik ki, seçkilər dəqiq və rəqabətli keçdi, azad, şəffaf oldu, Azərbaycanın Konstitusiyasına və Seçki Məcəlləsinə tam uyğun olaraq keçirildi”, – Sergey Lebedev mətbuat konfransında bildirib.

MDB-nin Baş katibi əlavə edib ki, missiya üzvləri müşahidədə milli qanunvericiliyə istinad edir, dövlətin daxili işlərinə qarışmır, mehribanlıqla yanaşırlar. O, “ölkələrimiz arasında dostluq və əməkdaşlığın əbədi qalacağına” ümidvar olduğunu bildirib.

MDB PA-nın Monitorinq qrupunun koordinatoru, Qazaxıstan Respublikası Parlamenti Senatı sədrinin müavini Jakip Asanov bildirib ki, Assambleyanın müşahidəçiləri öz işlərinə hələ 16 dekabr 2023-cü ildə başlayıblar.

“Bir ay yarım ərzində ekspertlərimiz Azərbaycanın seçki qanunvericiliyini təhlil edə bildilər və onun MDB ölkələrində demokratik seçki standartları haqqında Konvensiyaya, digər beynəlxalq sənədlərə uyğunluğu barədə nəticə çıxardılar”, — qrupun koordinatoru bildirib.

O, tədbirin bütün iştirakçılarının yüksək marağını qeyd edib. Jakip Asanov vurğulayıb, ki: “Dünən biz ölkənin eyvanlarda asılmış bayraqlara, insanların ailələlikcə səs verməyə getdiklərinə və açılış vaxtı seçki məntəqələrində artıq növbələrin olmasına diqqət yetirdik. Gözlərində sevinc, nikbinlik, vətənpərvərlik, Azərbaycanın gələcəyinə inam olan həm yaşlı, həm də gənc seçicilər çoxdur”.

Mətbuat konfransında MDB PA Şurasının Baş katibi Dmitri Kobitski də iştirak edib.

Seçki günü MDB PA-dan olan müşahidəçilər Bakı və Abşeron rayonunda, eləcə də Azərbaycan Respublikasının Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Moldova Respublikası, Rusiya Federasiyası və Özbəkistan Respublikasındakı diplomatik nümayəndəliklərində yerləşən 101 seçki məntəqəsində olublar.

Bir müddət əvvəl Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçki məntəqələrinin 93,32 faizindən əldə edilən məlumatların nəticələrini açıqlayıb. Növbədənkənar prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyev 4 281 625 səs (92,05%) toplayıb.