MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev Beynəlxalq dəyirmi masada iştirak edib
04/04/2024
“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans
29/04/2024
Show all

Bakıda Qırğızıstan mədəniyyət günlərinin açılış mərasimi keçirilib

24 aprel 2024-cü il tarixində MDB PA Şurası Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov və MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzyev Bakıda Qırğızıstan mədəniyyət günlərinin açılış mərasimində iştirak ediblər.

        Heydər Əliyev Mərkəzində keçirilən tədbir çərçivəsində Qırğızıstanın sənət nümunələrinin nümayiş etdirildiyi sərgi açılıb.

Sərgidə qırğız rəssamların əsərləri, müxtəlif fotoşəkillər, tarixi eksponatlar ziyarətçilərə təqdim edilib.

Mədəniyyət günləri çərçivəsində həmçinin, Qırğız xalqının milli geyimlərindən ibarət moda nümayişi, bu ölkənin milli mətbəxinin təamları ziyarətçilərə təqdim edilib, qonaqlar Qırğızıstanın xalq çalğı alətlərindən ibarət ansamblın müşayiəti ilə xalq musiqilərini dinləmək imkanı əldə ediblər.

Qırğızıstan mədəniyyət günləri konsert proqramı ilə davam edib.