“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans
29/04/2024
MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzаyev Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiyada iştirak edib
03/05/2024
Show all

MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzаyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edib

2 may 2024-cü ildə MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzаyev Azərbaycanda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda təşkil edilmiş parlamentlərarası konfransda iştirak edib.

Konfransda Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova çıxış edib. O qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yarandığı gündən Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobal platformalardan birinə çevrilib. Azərbaycanın bu təşəbbüsün həyata keçirilməsində böyük uğur qazandığını diqqətə çatdıran Milli Məclisin sədri bildirib ki, dünyanın multikulturalizm məkanlarından biri olan Azərbaycanda təşkil edilən Forum çərçivəsində parlamentlərarası konfransın əhəmiyyəti böyükdür.

Qeyd edək ki, “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edib. 100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında beynəlxalq təşkilatın nümayəndələri, dövlət xadimləri, parlament rəhbərləri, nazir müavinləri, beynəlxalq KİV nümayəndələri, müxtəlif QHT nümayəndələri və s. vardır.