2024-cü ilin aprel ayının 27-də MDB PA DİMBİ Bakı filialının direktor müavini Nigar Əliyeva “Elm Çırağı” İctimai Birliyinin “Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfransında iştirak edib.
Tədbir Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi etməsinə həsr olunub.
Əvvəlcə Bakı Slavyan Universitetinin ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının professorlarının “Ədəbiyyatda dəniz obrazı bir simvol kimi”, “Təbiətə münasibət insan mənəviyyatının ölçüsü kimi” mövzularında məruzələri dilənilib.
Tədbirdə İctimai Birliyin, dövlət və ictimai strukturların nümayəndələri, elm və təhsil işçiləri, mədəniyyət və incəsənət xadimləri, habelə istedadlı və peşəkar gənclər mövzu ətrafında çıxışlar ediblər.
Qeyd edək ki, tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirilib. Tədbir bədii hissə ilə davam edib.