4 aprel 2024-cü il tarixdə Azərbaycan ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının ildönümündə “Azərbaycan-Rusiya münasibətləri Cənubi Qafqazda sülh və sabitlik faktoru kimi” beynəlxalq dəyirmi masa keçirilib.
Tədbir “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi – Bakıdakı Rus Evi, Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Dövlət Humanitar Universitetinin Avrasiya və Regionlararası Tədqiqatlar İnstitutu (RSUH), Rusiya Elmlər Akademiyasının TFEŞ yanında Avrasiyanın müasir tarixi və mədəniyyətinin kompleks problemləri üzrə Elmi Şura, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsinin Yaxın xarici ölkələrin tarixi kafedrası tərəfindən təşkil edilmişdir.
Dəyirmi masa zamanı Azərbaycan və Rusiyanın aparıcı ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, analitik mərkəzlərinin nümayəndələri iqtisadiyyat, beynəlxalq münasibətlər, infrastruktur və logistika layihələrinin inkişafı sahəsində regional təhlükəsizlik kontekstində ikitərəfli əməkdaşlığın təhlilini aparıblar. Dəyirmi masanın işində sosial-mədəni qarşılıqlı fəaliyyət, Azərbaycan və Rusiya humanitarilərinin akademik əməkdaşlığının inkişafı məsələlərinin müzakirəsi xüsusi yer tutub.