3 may 2024-cü ildə MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzаyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdam Konfrans Mərkəzində keçirilən “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyaya qatılıb.
Sessiyada Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xarici İşlər Nazirliyinin (XİN) İdarə rəisi Qaya Məmmədov məruzə ilə çıxış edib.