Beynəlxalq müşahidəçilər Belarusda 127 seçki məntəqəsində parlament seçkilərinin monitorinqini aparıblar
25/02/2024
Rusiya Federasiyasında Prezident seçkiləri 2024
18/03/2024
Show all

Belarus parlament seçkilərində MDB-dən olan müşahidəçilər missiyasının Minskdə yekun mətbuat konfransı keçirilib

Missiyanın rəhbəri, MDB-nin Baş katibi Sergey Lebedev monitorinqin nəticələrindən danışıb. Missiya üzvləri ümumilikdə 1819 seçki məntəqəsində olublar. Onlarda “bayram atmosferi hökm sürdü”. Seçkilər mütəşəkkil, ləyaqətli, pozuntular olmadan keçirildi.

“Missiya belə nəticəyə gəlir ki, seçkilər milli qanunvericiliyə tam uyğun, açıq və aşkar şəkildə keçirilib. Şəffaf və rəqabətli olub, eyni zamanda respublika vətəndaşlarına azad iradəbildirmələrini təmin ediblər” – deyə MDB-nin Baş katibi bildirib.

MDB müşahidəçiləri öz nəticələrini Belarus Respublikasının Konstitusiyasına və milli qanunvericiliyinə əsaslandırıblar, həmçinin seçki prosesinə müdaxilə etməmək prinsiplərinə riayət ediblər, onları konstruktiv və xeyirxah bir yanaşma  fərqləndirir.

Missiya rəhbəri əlavə edib ki, ötən gün keçirilən görüşdə Belarus Prezidenti Aleksandr Lukaşenko MDB-dən olan bütün müşahidəçilərə təşəkkürünü bildirib.

MDB PA-nın Monitorinq qrupunun koordinatoru, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev də parlament seçkilərinin nəticələri barədə məlumatı bölüşdü.

Onun sözlərinə görə, MDB PA-dan olan qrup ən çox təmsil olunandır, ümumilikdə qrupa 44 parlamentari və ekspert daxil olub. Qısamüddətli müşahidə mərhələsində MDB PA-dan olan missiya 127 seçki məntəqəsini ziyarət edib. Beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün bütün lazımi şərait təmin edilmişdir.

“Seçkilərin təşkili baxımından heç bir sualımız olmadı. Xalqın iradəsini manipulyasiya etmək cəhdləri olmayıb, Belarus seçkilərə azad və rəqabətli şəkildə yanaşıb”, – Konstantin Kosaçev bildirib.

Qrup koordinatoru əlavə edib ki, Belarusda parlament seçkiləri seçki prosesinin bütün iştirakçılarının hüquq və azadlıqlarına riayət olunmaqla, milli qanunvericilik normalarına və Belarus Respublikasının seçkilər sahəsində beynəlxalq öhdəliklərinə uyğun olaraq keçirilib.

Belarusda parlament seçkiləri fevralın 25-də keçirilib. Beynəlxalq müşahidəçilər vaxtından əvvəl səsvermənin monitorinqini aparıblar. Qısamüddətli monitorinq çərçivəsində onlar Minskdə, eləcə də Brest, Qrodno və digər vilayətlərdə  seçki məntəqələrində olublar. Bu, səsvermə başa çatdıqdan sonra Minskdə keçirilən müşahidəçilər qrupunun yekun müşavirəsində səsləndirilib.

Qrupun tərkibində Parlamentlərarası Assambleyaya daxil olan Birlik ölkələrinin bütün qanunverici orqanlarının nümayəndələri, həmçinin MDB PA-nın Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun ekspertləri çalışıblar. MDB PA-dan olan müşahidəçilərin işlərinin nəticələri seçkilərin ilkin yekunları elan edildikdən sonra təqdim olunacaq. Müşahidələrin nəticələri seçki kampaniyasının yekunları üzrə rəyin əsasını təşkil edəcəkdir.