Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramov MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski ilə görüşü
06/02/2024
Azərbaycanda prezident seçkilərində səsvermənin monitorinqi başlandı
07/02/2024
Show all

MDB PA-dan olan beynəlxalq müşahidəçilər “Bütöv Azərbaycan Xalq Cəbhəsi” Partiyasının namizədi Qudret Həsənquliyevin seçki qərargahında görüş keçiriblər

Müşahidəçilər Azərbaycan Respublikası prezidentliyinə namizəd Qudrət Həsənquliyevi irəli sürmüş “Bütöv Azərbaycan Xalq Cəbhəsi” Partiyasının nümayəndələri ilə görüş keçirib və seçki kampaniyasının gedişini müzakirə ediblər.

Səlahiyyətli nümayəndə, partiya sədrinin müavini Elçin Mirzəbəyli seçkiqabağı dövrdə partiyanın proqramı və gördüyü işlərdən danışıb. O, seçki kampaniyasının gedişində hakimiyyət, seçki təşkilatçıları orqanları və ya digər namizədlər tərəfindən maneələrin olmadığını qeyd edib.

Müşahidəçilər qrupunun koordinatoru Jakip Asanov bildirib ki, MDB PA – nın nümayəndələri seçkilərdə öz işlərində ənənəvi olaraq dövlət suverenliyinə hörmət, qərəzsizlik, seçki prosesinə kömək göstərmək və müdaxilə etməmək prinsiplərini rəhbər tuturlar.

Xatırladaq ki, MDB PA-dan olan müşahidəçilər Azərbaycan Prezidenti seçkilərində namizədlərini irəli sürmüş bütün partiyaların nümayəndələri ilə görüşlər keçirib.

Sabah Azərbaycanda və onun hüdudlarından kənarda yaradılan seçki məntəqələrində müşahidəçilərin işi davam etdiriləcək.