Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın beynəlxalq müşahidəçiləri ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində görüş keçirilib
06/02/2024
MDB PA-dan olan beynəlxalq müşahidəçilər “Bütöv Azərbaycan Xalq Cəbhəsi” Partiyasının namizədi Qudret Həsənquliyevin seçki qərargahında görüş keçiriblər
06/02/2024
Show all

Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramov MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski ilə görüşü

6 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlət Birliyinin (MDB) Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskini qəbul edib.

Görüş zamanı Azərbaycan və MDB arasında əməkdaşlıq gündəliyi, habelə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərindən irəli gələn məsələlər müzakirə olunub.

MDB məkanında qanunvericilik orqanları arasında təmasların qurulmasına şərait yaradan platforma kimi MDB Parlamentlərarası Assambleyanın əhəmiyyəti vurğulanıb.

Azərbaycanın üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni, elmi, humanitar və s. sahələr üzrə əməkdaşlığın inkişafında mühüm rolu olan dialoq platforması kimi MDB-yə əhəmiyyət verdiyi diqqətə çatdırılıb.

Tərəflər birlik çərçivəsində qarşılıqlı fəaliyyət, MDB ölkələrində demokratik seçkilərin standartları haqqında Konvensiyanın əhəmiyyəti, MDB Parlamentlərarası Assambleyasının təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələrin həyata keçirilməsi, eləcə də MDB PA DİMBİ Bakı filialının işini müzakirə ediblər.

Görüşdə MDB PA Şurası Baş katibinin müavini — Azərbaycan Respublikası Milli Məclisinin MDB PA – dakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov və MDB PA Şurası Katibliyi rəhbərinin müavini, MDB PA DİMBİ-nin direktoru İvan Muşket iştirak ediblər.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.