Sankt-Peterburqda Heydər Əliyevin 100 illiyi şərəfinə sərgi açılıb və xatirə gecəsi keçirilib
12/12/2023
MDB PA-dan olan müşahidəçilər Azərbaycanda seçkilərin uzunmüddətli monitorinqini aparırlar
19/01/2024
Show all

“Dövlət gənclər siyasəti vətəndaş cəmiyyətinin inkişaf amili kimi”

20 dekabr 2023-cü il tarixində MDB PA DİMBİ Bakı filialı mövzusunda Bakıdakı Rus evində konfrans keçirib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, müxtəlif nazirlik və dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin professor-müəllim heyəti və digərləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev iştirakçıları salamlayaraq konfransın məqsədi və proqramı barədə qısa məlumat verib.

MDB PA Şurası Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov çıxışında bildirib ki, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilib, ölkəmizin uğurlu gələcəyi naminə inamlı addımlar atırlar.

Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov konfransın işində bütün iştirakçılara uğurlar arzulayıb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nizami Səfərov qeyd edib ki, gənclərin hərtərəfli inkişafını təmin etmək məqsədilə ölkədə müxtəlif proqramlar qəbul edilib, normativ-hüquqi baza təkmilləşdirilib və institusional islahatlar aparılıb.

Konfrans öz işini müzakirə şəkildə davam etdirib.

Tədbirin sonunda mükafatlandırma mərasimi keçirilib. Belə ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qeyri-olimpiya idman növləri sektorunun müdiri Aydın Məmmədov və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov “Bədən tərbiyəsi, idman və turizmin inkişafındakı xidmətlərinə görə” Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının fəxri nişanı ilə təltif ediliblər.

Həmçinin, MDB PA DİMBİ Bakı filialının əməkdaşı Rəmzi Yusifov parlamentarizmin inkişafı və möhkəmləndirilməsi işində xüsusi xidmətlərinə, MDB-nin fəaliyyətinin hüquqi əsaslarının inkişafına və təkmilləşdirilməsinə, beynəlxalq əlaqələrin və parlamentlərarası əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələrə görə “MDB PA.30 il” xatirə nişanı ilə təltif edilib.