Ümummilli lider Heydər Əliyevin vəfatının 20-ci il dönümü
12/12/2023
“Dövlət gənclər siyasəti vətəndaş cəmiyyətinin inkişaf amili kimi”
20/12/2023
Show all

Sankt-Peterburqda Heydər Əliyevin 100 illiyi şərəfinə sərgi açılıb və xatirə gecəsi keçirilib

Sankt-Peterburq Qanunvericilik Məclisində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “mənim ruhumun bir hissəsi Rusiyadadır” adlı fotosərgi açılıb. Ekspozisiyada Heydər Əliyevin müasir Azərbaycanın yaradılmasında, Rusiya-Azərbaycan münasibətlərinin inkişafında rolundan bəhs edən materiallar təqdim olunub.

Sərginin açılışında fəxri qonaqlar qismində Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin üzvü, MDB Parlamentlərarası Assambleyasının Sosial Siyasət və İnsan Hüquqları Daimi Komissiyasının sədri Nizami Səfərov və MDB PA Şurası Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi Aydın Cəfərov iştirak ediblər.

Öz çıxışlarında qonaqlar ümummilli lider Heydər Əliyevin Azərbaycan multikulturalizmi ənənələrinin formalaşmasında və qorunmasında xidmətlərini, Azərbaycan-Sankt-Peterburq münasibətlərinin inkişafında rolunu qeyd ediblər.

Mərasimin davamı olaraq Heydər Əliyevin xatirə gecəsi keçirilib. Xatirə gecəsinin iştirakçılarına Heydər Əliyevin Sovet İttifaqı illərində və ötən əsrin 90-cı illərində respublikanın təşəkkülü dövründə dövlət fəaliyyətinə dair videofilm nümayiş etdirilib, onun haqqında xatirələr səsləndirilib.

Tədbirdə Qanunvericilik Məclisinin sədri Aleksandr Belskiy, parlamentin deputatları, Azərbaycan Milli Məclisinin, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin və Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, iyunun 19-da MDB PA-nın mənzil-qərargahında – Tavriya sarayında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərginin açılışı olub.

Ekspozisiyaya müxtəlif illərin fotoşəkilləri daxil olub. Şəkillərdə Heydər Əliyev Sovet Azərbaycanının partiya və hökumət strukturlarında, Sov.İKP MK-nın Siyasi Bürosunda və SSRİ Nazirlər Sovetində, parlamentdə və prezident postunda işlədiyi dövrlərdə əks olunub. Sərgidə həmçinin ailə fotoları, görkəmli siyasətçilərin yer aldığı fotolar da nümayiş olunub.