“Dövlət gənclər siyasəti vətəndaş cəmiyyətinin inkişaf amili kimi”
20/12/2023
MDB PA-dan olan beynəlxalq müşahidəçilər YAP-ın nümayəndələri ilə görüş keçirdilər.
22/01/2024
Show all

MDB PA-dan olan müşahidəçilər Azərbaycanda seçkilərin uzunmüddətli monitorinqini aparırlar

MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasından olan beynəlxalq müşahidəçilər “Bütöv Azərbaycan Xalq Cəbhəsi” Partiyasından Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Qudrət Həsənquliyevlə video-konfrans formatında görüş keçiriblər.

MDB PA Şurası Katibliyi rəhbərinin müavini, MDB PA DİMBİ-nin direktoru İvan Müşket görüş iştirakçılarına məlumat verib ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti ilə MDB PA-dan olan beynəlxalq müşahidəçilər 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar prezident seçkilərinin müşahidəsində iştirak edirlər.

MDB PA DİMBİ-nin direktoru bildirib ki, beynəlxalq müşahidəçilər öz fəaliyyətlərində MDB-nin iştirakçısı olan dövlətlərdə demokratik seçki standartları, seçki hüquq və azadlıqları haqqında Konvensiyada təsbit edilmiş dövlət suverenliyinə hörmət, qərəzsizlik və seçki prosesinə müdaxilə etməmək prinsiplərini rəhbər tuturlar.

“Bütöv Azərbaycan Xalq Cəbhəsi” Partiyasının sədri Qüdrət Həsənquliyev MDB PA-dan olan beynəlxalq müşahidəçilərə partiyanın bəyan edilmiş məqsədləri, xüsusilə Azərbaycan Respublikasında kompleks şəkildə iqtisadi, siyasi və məhkəmə islahatlarının aparılması, Azərbaycan Respublikasında demokratik, dünyəvi hüquqi dövlət və azad vətəndaş cəmiyyətinin qurulması zərurəti barədə məlumat verib.

Prezidentliyə namizəd qeyd edib ki, seçki kampaniyası pozuntular olmadan və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq keçirilir. “Bu seçki kampaniyasında Azərbaycan Respublikasının 5 siyasi partiyasını təmsil edən 7 namizəd iştirak edir. Bütün namizədlərə seçkiqabağı yarışda iştirak etmək üçün bərabər imkanlar və hüquqlar verilib ki, bu da seçki prosesinin rəqabətliliyini təmin edir”, – deyə Qudrət Həsənquliyev bildirib.

Görüşdə MDB Parlamentlərarası Assambleya Şurası Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev, MDB PA DİMBİ eksperti Stanislav Tkaçenko, MDB PA DİMBİ-nin və onun Bakıdakı filialının əməkdaşları da iştirak ediblər.