“Demokratik transformasiyaların həyata keçirilməsində dövlət proqramlarının rolu: Azərbaycan modeli” Beynəlxalq seminar
16/11/2022
III Beynəlxalq tələbə internet-olimpiadasının qalibləri mükafatlandırılmışdır
07/12/2022
Show all

Qazaxıstan Respublikasında növbədənkənar Prezident şeçkiləri

20 noyabr 2022-ci il tarixdə Qazaxıstan Respublikasında növbədənkənar Prezident şeçkiləri keçirimişdir.
Səsvermə günü Qazaxıstan Respublikası ərazisi üzrə, eləcə də 68 xarici ölkədə seçki məntəqələri fəaliyyət göstərmişdir. Prezident seçkiləri ilə əlaqədar olaraq Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində 262 saylı seçki məntəqəsi yaradılmış və fəaliyyət göstərmişdir.
Qazaxıstan Respublikasının prezidentinin növbədənkənar seçkilərinin müşahidəsində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasından olan (MDB PA) nümayəndə heyəti də iştirak etmişdir. Bu məqsədlə Qazaxıstan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən MDB PA-dan olan müşahidəçi missiyasının 67 üzvü akkreditə edilmişdir. Müşahidəçi qrupunun tərkibinə Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və digər ölkələrin parlamentariləri, habelə MDB PA Şurası Katibliyinin nümayəndələri, o cümlədən MDB PA iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) ekspertləri daxil olmuşlar.
MDB PA DİMBİ Bakı filialının üç əməkdaşı MDB PA-dan olan beynəlxalq müşahidəçi kimi Qazaxıstan Rеspublikasının Mərkəzi Seçki Komissiyasında akkreditə edilmiş və səsvermə günü Qazaxıstan Respublikasının Bakı şəhərində yerləşən səfirliyində səsvermənin gedişini müşahidə etmişlər.
Səsvermə, yerli vaxtla saat 07:00-dan 20:00-dək keçirilmişdir. Səsvermənin gedişi barədə məlumatlar mütəmadi olaraq Sankt-Peterburq şəhərində yerləşən MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının qərargahına təqdim olunmuşdur. Səsvermədə ümumilikdə 192 seçici iştirak etmişdir.
Qeyd etmək lazımdır ki, baş tutmuş Prezident seçkilərində ikisi qadın olmaqla 6 namizəd iştirak etmişdir.