Qazaxıstan Respublikasında növbədənkənar Prezident şeçkiləri
21/11/2022
12/12/2022
Show all

III Beynəlxalq tələbə internet-olimpiadasının qalibləri mükafatlandırılmışdır

2022-ci ilin sentyabr – noyabr aylarında MDB PA DİMBİ Bakı filialı Azərbaycan Respublikasında Ali təhsil müəssisələrinin yuxarı kurslarında təhsil alan tələbə-gənclər arasında Beynəlxalq demokratiya gününə həsr edilmiş “Dünya ölkələrinin seçki sistemi” adlı III Beynəlxalq tələbə internet-olimpiada keçirmişdir.
Olimpiadanın keçirilməsində məqsəd gənc seçicilərin hüquq mədəniyyətinin artırılması, eləcə də onların demokratik seçki prosesinin əsasları ilə bağlı biliklərlə tanışlığından ibarət olmuşdur.

Olimpiadada Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Qərbi Kaspi Universitetinin, Xəzər Universitetinin, Bakı Slavyan Universitetinin və digər ali təhsil ocaqlarının tələbələri iştirak etmişlər.
Online platforma üzərindən həyata keçirilən cavablandırma nəticələrinə əsasən Qərbi Kaspi Universitetinin tələbəsi Səfər Məmmədov birinci yerin, Bakı Slavyan Universitetinin tələbəsi Anar Musayev ikinci yerin və Qərbi Kaspi Universitetinin tələbəsi Fateh Həsənzadə üçüncü yerin qalibi seçilmişlər.
06 dekabr 2022-ci il tarixində Qərbi Kaspi Universitetində III Beynəlxalq tələbə internet-olimpiadanın qalibləri ilə görüş keçirilmişdir. Görüşdə MDB PA DİMBİ Bakı filialının direktoru Teymur Muradov, filialın əməkdaşları, Qərbi Kaspi Universitetinin icraçı prorektoru Rəşad Bağırov, universitetin müəllim və tələbə heyəti iştirak etmişlər. Tədbirdə qaliblər elan edilmiş və onlara diplomlar və xatirə hədiyyələri təqdim edilmişdir.
Tədbirin sonunda MDB PA DİMBİ Bakı filialı ilə Qərbi Kaspi Universiteti arasında mövcud əməkdaşlığın genişləndirilməsi üçün birgə layihələrin təşkili və icrası qərara alınmışdır.