26/10/2022
Qazaxıstan Respublikasında növbədənkənar Prezident şeçkiləri
21/11/2022
Show all

“Demokratik transformasiyaların həyata keçirilməsində dövlət proqramlarının rolu: Azərbaycan modeli” Beynəlxalq seminar

MDB PA DİMBİ Bakı filialı 16 noyabr 2022-ci il tarixində “Demokratik transformasiyaların həyata keçirilməsində dövlət proqramlarının rolu: Azərbaycan modeli” adlı Beynəlxalq seminar keçirmişdir.
Seminarda MDB PA Şurası Baş Katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, MDB PA Şurası Baş Katibinin müavini – Belarus Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi Viktor Koqut, MDB PA Şurası Baş Katibinin müavini – Tacikistan Respublikası Ali Məclisinin səlahiyyətli nümayəndəsi Baxtovar Safarzoda, MDB PA Şurası rəhbərinin müavini – MDB PA DİMBİ-nin direktoru İvan Muşket, MDB PA DİMBİ Bişkek filialının direktoru İslambek Mursabekov, MDB PA DİMBİ Kişinyov filialının direktoru Eujeniu Ştirbu, MDB PA DİMBİ Bakı filialının direktoru Teymur Muradov, Azərbaycan Respublikası Milli Məclisinin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hüquqi təminat şöbəsinin müdir müavini Samir İsrafilov, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru Əflatun Hüseynov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Rəqəmsal texnologiyalar və innovasiyalar şöbəsinin müdiri Semral Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Cahangir Cahangirli, AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri Elnur Kəlbizadə, Azərbaycan Respublikası Milli Məclisinin, MDB PA DİMBİ və onun filiallarının əməkdaşları, ictimaiyyət, elm xadimləri, müxtəlif QHT nümayəndəlri, ali təhsil müəssisələrinin müəllim və tələbələri iştirak etmişlər.
MDB PA DİMBİ Bakı filialının direktoru Teymur Muradov tədbiri açaraq Filial tərəfindən cari ildə “Demokratik transformasiyaların həyata keçirilməsində dövlət proqramlarının rolu: Azərbaycan modeli” adlı elmi-araşdırma işinin aparıldığını, aparılmış elmi-araşdırma işi nəticəsində ölkəmizdə Dövlət proqramlarının demokratik islahatlarda rolunun tədqiq edilərək öyrənildiyini iştirakçıların diqqətinə çatdırdı.
MDB PA Şurası Baş Katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi Aydın Cəfərov MDB PA Şurasının Baş Katibi D.A. Kobitskiy adından beynəlxalq seminar iştirakçılarını salamladı. Daha sonra çıxış edən MDB PA DİMBİ rəhbəri İvan Muşket seminar iştirakçılarını salamlayaraq Beynəlxalq Monitorinq İnstitutunun tədbirlərinin mahiyyətini və onların inteqrasiya və qarşılıqlı əməkdaşlıq üçün əhəmiyyətini qeyd etdi.
Tədbirdə Belarus Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi Viktor Koqut, Tacikistan Respublikası Ali Məclisinin səlahiyyətli nümayəndəsi Baxtovar Safarzoda, MDB PA DİMBİ Bişkek filialının direktoru İslambek Mursabekov müvafiq olaraq təmsil etdikləri ölkələrdə bu və digər istiqamətlərdə həyata keçirilən dövlət proqramları və islahatlar barədə geniş məruzələrlə çıxışlar etdilər.
Daha sonra qanunvericilik, məhkəmə, rəqəmsal texnologiyalar və innovasiyalar, korrupsiya ilə mübarizə, gender məsələləri, seçkilər, insan hüquqlarının müdafiəsi və digər istiqamətlər üzrə müvafiq dövlət qurumlarının əməkdaşları uyğun mövzularda məruzələr etdilər.
Onlayn formatda baş tutmuş tədbirin sonunda Beynəlxalq Monitorinq İnstitutu və onun Bakı filialı ilə dövlət orqanları arasında əməkdaşlığın genişləndirilməsi qərara alındı.