“Demokratik seçkilərin standartları haqqında MDB Konvensiyası: beynəlxalq əməkdaşlığın açıq məkanı” mövzusunda beynəlxalq elmi-praktik konfransı
06/10/2022
“Demokratik transformasiyaların həyata keçirilməsində dövlət proqramlarının rolu: Azərbaycan modeli” Beynəlxalq seminar
16/11/2022

MDB PA DİMBİ Bakı filialının əməkdaşları Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimovun dəvəti ilə 25 oktyabr 2022-ci il tarixində Qazaxıstanın Respublika Günü və Qazaxıstan-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə təşkil edilən tədbirdə iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Qazaxıstanın Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşları, müxtəlif dövlətlərin Azərbaycandakı səfirləri, dövlət qurumlarının vəzifəli şəxsləri, qeyri-hökumət təşkilatlarının, KİV-lərin, elm-təhsil müəssisələrinin və nümayəndələri, eləcə də digər qonaqlar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimov Qazaxıstanın Respublika Günü və Qazaxıstan-Azərbaycan diplomatik əlaqələrin tarixindən, ölkələrimiz arasında əməkdaşlıq münasibətləri və dostluq əlaqələrindən söz açdı.
Tədbir bədii hissə ilə davam etdi.