Qazaxıstan Respublikasında Respublika referendumu keçirilib
06/06/2022
26/10/2022
Show all

“Demokratik seçkilərin standartları haqqında MDB Konvensiyası: beynəlxalq əməkdaşlığın açıq məkanı” mövzusunda beynəlxalq elmi-praktik konfransı

6 oktyabr 2022-ci il tarixdə Sankt-Peterburq şəhərində “Demokratik seçkilərin standartları haqqında MDB Konvensiyası: beynəlxalq əməkdaşlığın açıq məkanı” mövzusunda beynəlxalq elmi-praktik konfransı öz işinə başladı. Konfrans MDB-də demokratik seçki standartları, seçici hüquq və azadlıqları barədə Konvensiyanın imzalanmasının 20 illiyinə həsr olunur.
Konfrans MDB Parlamentlərarası Assambleyası və MDB İcraiyyə Komitəsi, Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası ilə birgə həyata keçirilir.
Konfransda MDB PA-nın iştirakçısı olan dövlətlərin parlamentariləri, MDB-nin nizamnamə orqanlarının, beynəlxalq təşkilatların, dövlət hakimiyyəti və seçki inzibatçılığı orqanlarının, ictimai təşkilatların rəhbərləri, ali təhsil müəssisələrinin rəhbərləri və professor-müəllim heyəti, alimlər və ekspertlər iştirak edir. Sözügedən konfransda MDB PA DİMBİ Bakı filialını filianın direktoru Teymur Muradov təmsil edir.
Konfrans çərçivəsində “Demokratik seçkilərin standartları”, “Gənclər seçir”, “Seçkilərin təşkilində ən yaxşı təcrübələr” və “Seçkiləri müşahidə” mövzularında dəyirmi masalar keçirilir.
Tavriya sarayının Yekaterina zalında “Seçki prosesində qabaqcıl texnologiyalar” adlı sərgi də təqdim olunmuşdur.
Qeyd edək ki, konfrans 7 oktyabr 2022-ci il tarixində davam edəcək.