22/04/2022
“Demokratik seçkilərin standartları haqqında MDB Konvensiyası: beynəlxalq əməkdaşlığın açıq məkanı” mövzusunda beynəlxalq elmi-praktik konfransı
06/10/2022
Show all

Qazaxıstan Respublikasında Respublika referendumu keçirilib

2022-ci il iyunun 5-də Qazaxıstan Respublikasında ölkənin əsas qanununa – Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum keçirilmişdir.
Referendumun keçirilməsində məqsəd bu il mayın 6-da ictimaiyyətə açıqlanan “Qazaxıstan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında” qanuna dəyişikliklər və əlavələr ilə bağlı vətəndaşların fikirlərini öyrənmək olmuşdur.
Ümumilikdə, konstitusiyanın 33 maddəsində 56 müxtəlif düzəlişin edilməsi təklif olunurdu.
Təklif olunan dəyişikliklər arasında Qazaxıstan Prezidenti, məhkəmə orqanları rəhbərləri, hərbi qulluqçular, hüquq mühafizə və xüsusi xidmət orqanları əməkdaşları üçün hər hansı bir partiyaya üzvlüyün qadağan olunması, parlamentin yeni formalaşması qaydası, məsləhət-məşvərətçi orqan statuslu Konstitusiya Şurasının əvəzinə səlahiyyətlərə malik Konstitusiya Məhkəməsinin yaradılması və sair məsələlər yer almışdır.
Səsvermə günü seçki məntəqələri Qazaxıstanın hər bir yaşayış məntəqəsində, eləcə də 52 ölkədə fəaliyyət göstərmişdir. Əsas siyahı üzrə 169 seçicinin qeydə alındığı 262 saylı seçki məntəqəsi Qazaxıstanın Azərbaycandakı səfirliyinin nəzdində yaradılmış və fəaliyyət göstərmişdir.
Qazaxıstan Respublikasının Mərkəzi referendum Komissiyası MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun 57 üzvünü akkreditə etmişdir. Onların arasında Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və digər ölkələrin deputatları (senatorları) yer alır. Qrupun tərkibinə həmçinin MDB Parlamentlərarası Assambleyası Şurasının Katibliyinin əməkdaşları və MDB PA iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun (MDB PA DİMBİ) ekspertləri daxil olmuşlar.
Öz növbəsində MDB PA DİMBİ Bakı filialının 3 əməkdaşı da MDB PA müşahidəçi qismində qeydiyyata alınmış və səsvermə günü Qazaxıstan Respublikasının Bakı şəhərində yerləşən səfirliyində səsvermənin gedişini izləmişlər.
Səsvermə, yerli vaxtla saat 07.00-dan 20.00-dək keçirilmiş, onun gedişi barədə məlumatlar mütəmadi olaraq MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının qərargahına təqdim olunmuşdur.