22 aprel 2022-ci ildə Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun ekspert müşavirəsi keçirilmişdir. Ekspertlər, institutun yeni fəaliyyət istiqamətləri, Ekspert Şurasının təşkili, MDB ali məktəblərində DİMBİ-nin fəaliyyət mövzuları üzrə mühazirə kursunun yaradılması və bir sıra digər məsələlər üzrə perspektivləri müzakirə etdilər.
MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskiy tədbir iştirakçıların salamlama nitqində MDB PA DİMBİ-nin fəaliyyətinin lap əvvəlindən 2007-ci ildən başlayaraq institutun ekspertlərinin elmi-araşdırmalarda, konfranslarda, demokratiya və parlamentarizmin inkişafı, seçkilər, vətəndaşların hüquq mədəniyyətinin artırılması və gənclərlə işə sahəsində fəallıq nümayiş etdiklərini bildirdi.
MDB Parlamentlərarası Assambleyası Şurasının 29 mart 2022-ci il tarixində Almatıda (Qazaxıstan Respublikası) keçirilən yubiley iclasında MDB PA DİMBİ-nin fəaliyyət istiqamətlərini genişləndirmiş MDB PA DİMBİ haqqında Əsasnamənin yeni redaksiyası qəbul edilmişdir. Dmitri Kobitskinin sözlərinə görə, bu, ekspertlərlə qarşılıqlı fəaliyyətin yeni formalarını yaratmağa imkan verəcək, əməkdaşlıq, onların bilik və bacarıqlarının Birlik rifahı naminə tətbiqi üçün əlavə imkanlar açacaqdır.
İnstitutun direktoru İvan Musket MDB PA DİMBİ haqqında Əsasnamənin yeni redaksiyası haqqında – 2006-cı ildən qüvvədə olan Əsasnaməyə münasibətdə əsas yeniliklər: DİMBİ yanında Ekspert Şurasının yaradılması; elmi fəaliyyətdə iştirak, MDB Parlamentlərarası Assambleyasının iştirakçısı olmayan dövlətlərdə seçkilərin monitorinqinin aparılması, demokratiyanın, parlamentarizmin və seçki hüququnun inkişafı sahəsində Model aktların hazırlanmasında iştirakının İnstitutun fəaliyyət növlərinin siyahısına daxil edilməsi; MDB Parlament Assambleyasının iştirakçısı olan dövlətlərdə MDB Parlamentlərarası Assambleyasının filial və nümayəndəliklərinin yaradılması imkanları barədə ətraflı məlumat verdi.
Sonra MDB PA DİMBİ-nin tədris-metodiki fəaliyyətinin əhəmiyyəti, hüquq mədəniyyətinin inkişafı, vətəndaşların seçki hüquqlarına riayət olunması və s. bağlı müxtəlif mövzular üzrə ekspertlər, müxtəlif təhsil müəssisələrinin professorları çıxış etdilər.
Müşavirənin işində Rusiya Dövlət Hidrometeorologiya Universitetinin Moskva şəhərindəki nümayəndəliyinin direktoru Andrey Brıqsenkov; Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqatları İnstitutunun analitik mərkəzləri ilə iş şöbəsinin müdir müavini, PhD Chensin Van; Düşənbə şəhərində M. V. Lomonosova adına Moskva Dövlət Universiteti filialının elmi işlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini h.e.d. professor Əziz Dinorşəyev; Avropa ictimai hüquq təşkilatının Direktorlar Şurasının üzvü Maksim Lebedinskiy; A.S. Puşkin adına Leninqrad Dövlət Universitetinin dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri, h.e.d. professor, Rusiya Federasiyasının əməkdar elm xadimi Roman Romaşov; Rusiya azad seçkilər Fondunun eksperti Veronika Fəthutdinova, MDB PA DİMBİ-nin və onun filiallarının əməkdaşları da iştirak etmişlər.
Ekspert müşavirəsinin sonunda Sankt-Peterburqda 6-7 oktyabr 2022-ci il tarixində keçirilməsi planlaşdırılan Kişinyov Konvensiyasının 20 illiyinə həsr olunmuş konfransın hazırlanmasına dair fikir mübadiləsi aparıldı.
Müşavirədə MDB PA DİMBİ Bakı filialının əməkdaşları T.C. Muradov (direktor), N.A. Əliyeva (direktor müavini), N.E. Mahmudova (müşavir), R.Y.Yusifov (məsləhətçi) da iştirak etmişlər.