“Azərbaycan Respublikasının timsalında MDB PA məkanında insan hüquq və azadlıqlarının təmin edilməsi və inkişafında Konstitusiya islahatlarının rolu” adlı videokonfrans
05/04/2022
22/04/2022

13 aprel 2022-ci il tarixində MDB PA DİMBİ Bakı filialının ofisində Qərbi Kaspi Universitetinin Hüquq kafedrasının müəllimi Zahid Vəliyevlə görüş keçirmişdir. Görüşün keçirilməsində əsas məqsəd 06 dekabr 2021 – ci il tarixində MDB PA Şura Katibliyi və Qərbi Kaspi Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında Memorandumundan irəli gələrək MDB PA DİMBİ Bakı filialının analitik, tədris-məsləhətçi, təşkilatı fəaliyyətində Qərbi Kaspi Universitetinin pedaqoji heyətinin təcrübəsindən faydalanmaq imkanlarının müzakirəsi və müəyyənləşdirilməsi olmuşdur.
Görüş zamanı tərəflər arasında əməkdaşlığın genişləndirilməsi birgə tədbirlərin təşkili, Universitetin müəllim-tələbə heyətinin MDB PA və onun Bakı filialının tədbirlərində yaxından iştirakı, Universitetin pedaqoji heyətinin MDB PA və onun Bakı filialının elmi-araşdırma fəaliyyətində iştirakının təmin edilməsi və tələbə gənclərin hüquq maarifçiliyinin artırılması məqsədilə təlim və seminarların təşkili imkanlarının genişləndirilməsi müzakirə olundu.