MDB PA DİMBİ Bakı filialının 2021-ci ildə gördüyü işlərin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir
18/03/2022
13/04/2022
Show all

“Azərbaycan Respublikasının timsalında MDB PA məkanında insan hüquq və azadlıqlarının təmin edilməsi və inkişafında Konstitusiya islahatlarının rolu” adlı videokonfrans

MDB PA DİMBİ Bakı filialı 05 aprel 2022-ci il tarixində “Azərbaycan Respublikasının timsalında MDB PA məkanında insan hüquq və azadlıqlarının təmin edilməsi və inkişafında Konstitusiya islahatlarının rolu” adlı videokonfrans keçirmişdir.
Videokonfransda, MDB PA Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı filialının direktoru Teymur Muradov, Azərbaycan Respublikası Milli Məclisinin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları Sektorunun əməkdaşı Nəzrin Əliyeva, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdir müavini İntiqam Eyvazov, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun“Beynəlxalq münasibətlər və insan hüquqları” şöbəsinin müdiri Cahangir Cahangirli, AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri Elnur Kəlbizadə, Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Zaur Əzimov, Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov, Vəkillər Kollegiyası Rəyasət heyətinin üzvü Mediasiya Şurası İdarə Heyətinin üzvü, vəkil-mediator Sima Yaqubova, müxtəlif QHT, ictimaiyyət və elm xadimləri, MDB PA DİMBİ Bakı filialının əməkdaşları iştirak etmişlər.
MDB PA DİMBİ Bakı filialının direktoru Teymur Muradov videokonfransı açaraq Filial tərəfindən cari ildə “Azərbaycan Respublikasının timsalında MDB PA məkanında insan hüquq və azadlıqlarının təmin edilməsi və inkişafında Konstitusiya islahatlarının rolu” adlı elmi-araşdırma işinin aparıldığını, aparılmış elmi-araşdırma işi nəticəsində ölkəmizdə Konstitusiya islahatları, onların nəticələrinin təhlil edilərək ümumiləşdirildiyini iştirakçıların diqqətinə çatdırdı.
Tədbirdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun “Beynəlxalq münasibətlər və insan hüquqları” şöbəsinin müdiri Cahangir Cahangirli və AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri Elnur Kəlbizadə müvafiq mövzülarda geniş məruzə ilə çıxışlar etdilər.
Digər çıxışçılar təmsil etdikləri profillər üzrə məhkəmə sistemində, qanunvericilik, dövlət və ictimai institutlar və təmsil etdikləri digər sahələr üzrə müvafiq çıxışlar etdilər.
Videokonfrans qarşılıqlı diskusiya və maraqlı fikir mübadiləsi ilə başa çatdı.