Qırğızıstan Respublikasının Joqorku Keneşinə (Parlament) deputat seçkiləri keçirilmişdir.
29/11/2021
Milli Məclisin sədri Sahibə Qafarova Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) Şurası Katibliyinin rəhbəri Dmitri Kobitskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
06/12/2021

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlament Assambleyası (MDB PA) Şurası Katibliyinin rəhbəri, Baş katib Dmitri Kobitskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti dekabrın 4-də MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq İnstitutunun (DİMBİ) Bakı filialının yeni binası ilə tanış olub. Tədbirdə: Kobitskiy Dmitriy Arkadyeviç – MDB PA Şurasının Katibliyinin rəhbəri – Baş katib; Muşket İvan İlyiç – MDB PA-nın Şura Katibliyi rəhbərinin müavini – Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) direktoru; Yeremenko Yelena Viktorovna – MDB PA DİMBİ direktorunun müavini; Kurdin Sergey Anatolyeviç – MDB PA-nın Şura Katibliyi rəhbərinin birinci müavini; Bobryakov Yevgeniy Yuryeviç – MDB PA Katibliyinin maliyyə-iqtisadi idarəsinin rəisi – baş mühasib; Cəfərov Aydın Məmməd oğlu – MDB PA Şurasının Baş katibinin müavini – Milli Məclisin MDB PA-da səlahiyyətli nümayəndəsi; MDB PA DİMBİ Bakı filialının direktoru Teymur Muradov və filialın əməkdaşları iştirak etmişlər.
Tədbirdə eyni zamanda MDB PAA Şurası Katibliyi tərəfindən cari ilin sentyabr ayında keçirilən “Dünya ölkələrinin seçki sistemləri” adlı II Beynəlxalq tələbə internet – olimpiadasının qalibləri Diplom və hədiyyələrlə təltif olunmuşlar.