Özbəkistan Respublikasında prezident seçkiləri
26/10/2021
04/12/2021
Show all

Qırğızıstan Respublikasının Joqorku Keneşinə (Parlament) deputat seçkiləri keçirilmişdir.

28 noyabr 2021-ci il tarixində Qırğızıstan Respublikasının Joqorku Keneşinə (Parlament) deputat seçkiləri baş tutmuşdur.
MDB PA DİMBİ Bakı filialının 3 əməkdaşı, MDB Parlamentlərarası Assambleyası missiyasından Qırğızıstan Respublikasının Seçkilərin və referendumların keçirilməsi üzrə Mərkəzi komissiyasında beynəlxalq müşahidəçi qismində qeydiyyatdan keçərək 28 noyabr 2021–ci il tarixdə bu ölkənin Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən səfirliyində yaradılmış 9012 saylı seçki məntəqəsində səsvermənin təşkili və keçirilməsini müşahidə etmişlər.
MDB PA DİMBİ Bakı filialının əməkdaşları səsvermə qutusunun möhürlənməsi ilə başlayan səsvermə prosesini səslərin sayılması və səsvermə nəticələri haqqında protokolun tərtib olunması daxil olmaqla bütün prosesləri müşahidə etmişlər.
Səsvermənin gedişi ilə bağlı məlumatlar mütəmadi olaraq MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının qərargahına təqdim edilmişdir.
Qeyd edək ki, səsvermə prosesində heç bir pozuntu müşahidə olunmamışdır.