MDB PAA DİMBİ Bakı filialı “Azərbaycan Respublikasında seçkilərin təşkili və keçirilməsində rəqəmsal texnologiyalardan istifadə” mövzusunda növbəti videokonfrans keçirmişdir
29/12/2020
MDB PAA DİMBİ Bakı filialının 2020-ci ilin yekunlarına dair iclası keçirilmişdir
06/01/2021
Show all

MDB PAA DİMBİ Bakı filialı tələbə-gənclər arasında keçirilmiş “Dünya ölkələrinin seçki sistemi” adlı internet-olimpiadanın qaliblərini mükafatlandırdı

22 sentyabr 2020-ci il tarixində MDB PAA DİMBİ Bakı filialı Azərbaycan Respublikasında Ali təhsil müəssisələrinin yuxarı kurslarında təhsil alan tələbə-gənclər arasında Beynəlxalq demokratiya gününə həsr edilmiş “Dünya ölkələrinin seçki sistemi” adlı internet-olimpiada keçirmişdir.

İnternet-olimpiadanın keçirilməsində məqsəd aktiv seçki hüququna malik gənc seçicilərin hüquq mədəniyyətini artırmaq, onları demokratik seçki prosesinin əsasları ilə tanış etmək, onlarda seçki hüquqlarının həyata keçirilməsi üçün zəruri olan bilik, bacarıq və vərdişləri formalaşdırmaqdan ibarət olmuşdur.

Olimpiadada Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Qərbi Kaspi Universitetinin, Xəzər Universitetinin, Bakı Slavyan Universitetinin və digər ali təhsil ocaqlarının tələbələri iştirak etmişlər.

İştirakçıların cavablarının qiymətləndirilməsi nəticələrinə  əsasən Bakı Dövlət Universitetinin tələbəsi Tağıyeva Nərgis Yaşar qızı birinci yerin, Qərbi Kaspi Universitetinin tələbəsi Kazımzadə Kamran İlqar oğlu ikinci yerin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Məmmədli Ərsalam Cavid oğlu və Qərbi Kaspi Universitetinin tələbəsi Magomedova Aida Ali qızı üçüncü yerin qalibi elan edilmişdir.

30 dekabr 2020-ci il tarixində MDB PAA DİMBİ Bakı filialında qaliblərlə görüş keçirilmişdir. Görüşdə birinci, ikinci və üçüncü yerin qaliblərinə diplomlar və xatirə hədiyyələri təqdim edilmişdir.