MDB PAA DİMBİ Bakı filialı tələbə-gənclər arasında keçirilmiş “Dünya ölkələrinin seçki sistemi” adlı internet-olimpiadanın qaliblərini mükafatlandırdı
30/12/2020
MDB PAA DİMBİ Bakı filialı Qazaxıstan Respublikası Parlament Məclisinə və Maslihatlara deputat seçkilərini müşahidə etmişdir
11/01/2021
Show all

MDB PAA DİMBİ Bakı filialının 2020-ci ilin yekunlarına dair iclası keçirilmişdir

06 yanvar 2021-ci il tarixdə MDB PAA DİMBİ Bakı filialında 2020-ci ilin yekunlarına dair iclas keçirilmişdir.

Filial rəhbərliyi və əməkdaşların iştirak etdiyi iclasda 2020-ci ildə təsdiq olunmuş plana əsasən həyata keçirilən elmi-araşdırma işləri, onların nəticələrinə həsr olunmuş seminar və dəyirmi masalar, həmçinin filial tərəfindən dərc olunan əyani vəsaitlər, bundan əlavə il ərzində çap olunan kitablar, qarşılıqlı-faydalı şəkildə keçirilən görüşlər müzakirə edildi.

MDB PAA DİMBİ Bakı filialının direktoru v.i.e. T.C. Muradov 2020-ci ildə nəzərdə tutulmuş tədbirlərin pandemiya şəraitinə baxmayaraq tam həcmdə və keyfiyyətli qaydada icra edildiyini qeyd etdi.

İclasda Bakı filialının 2021-ci il üzrə təsdiq olunmuş İş planına əsasən nəzərdə tutulan işlərin vaxtlı-vaxtında və effektiv icrası məqsədilə müvafiq bölgü aparıldı.