MDB PAA DİMBİ Bakı filialı 29 dekabr 2020-ci il tarixində Bakı şəhərində “Azərbaycan Respublikasında seçkilərin keçirilməsində rəqəmsal texnologiyaların tətbiqi” mövzusunda videokonfrans keçirmişdir.
Videokonfransda MDB PAA DİMBİ Bakı filialının director v.i.e. Teymur Muradov və filialın əməkdaşları, Ombudsman Aparatın əməkdaşları, QHT və KİV nümayəndələri, professor-müəllim heyəti, ekspertlər, Bakı şəhəri üzrə müxtəlif universitetlərin tələbə-gəncləri iştirak etmişlər.
MDB PAA DİMBİ Bakı filialının direktor v.i.e. Teymur Muradov videokonfransı açaraq MDB PAA DİMBİ Bakı filialı tərəfindən bu mövzuda elmi-araşdırma işinin aparıldığını, aparılan elmi-araşdırma işində müvafiq təcrübənin öyrənilərək ümumiləşdirildiyini və bu təcrübənin MDB-yə üzv ölkələrdə təsbiqi baxımından hesabat şəklində tərtib edilərək rus dilinə də təcrümə edildiyini konfrans iştirakçılarının diqqətinə çatdırdı.
Çıxış edənlər – Ombudsman Aparatının şöbə müdiri, seçki hüquqları üzrə ixtisaslaşmış müşaviri Vuqar Heybətov, Qərbi Kaspi Universiteti “Tələbə və Məzunların Təcrübə və inkişaf Mərkəzinin rəhbəri” texnika üzrə fəlsəfə elmləri doktoru, dosent Tünzalə İmanova, APA-nın müxbiri, “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Mikayıloğlu,Turizm Könüllüləri Təşkilatının sədri Hüseyn Məmmədov, İOEUG məktəbinin direktoru Xəqani Fərəcov, Azərbaycan Dövlət Agrar Universitetin müəllimi Muxtar Əsədov, MDB PAA DİMBİ Bakı filialının məsləhətçisi Rəmzi Yusifov, MDB PAA DİMBİ Bakı filialının müşaviri Nərmin Mahmudova Azərbaycan Respublikasında seçkilərin keçirilməsində rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı müxtəlif çıxışlar etmişlər.
Videokonfrans qarşılıqlı diskussiya və fikir mübadiləsi formasında yekunlaşdı.