MDB PAA-dan olan müşahidəçilər Azərbaycan Republikasının müxtəlif rayonlarında yerləşən seçki məntəqələrində səsvermənin onlayn-monitorinqini aparmışlar
12/02/2020
MDB-dən olan müşahidəçilər missiyası Azərbaycan Respublikasında parlament seçkilərinin monitorinqinin nəticələrini yekunlaşdırmışdır
12/02/2020
Show all

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin monitorinqinin yekunları üzrə MDB PAA-dan olan beynəlxalq müşahidəçilərinin rəyi imzalanmışdır

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin başa çatmasından sonra Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdən olan beynəlxalq müşahidəçilər qrupu Bakı şəhərində öz qərargahında qrupun koordinatoru, Özbəkistan Respublikası Ali Məclisinin Senatının sədrinin birinci müavini Sodik Safoyevin rəhbərliyi ilə müşavirə keçirmişdir.

Qrupun üzvləri qısamüddətli monitorinq, xüsusilə, səsvermə günü birbaşa aparılan müşahidənin yekunları barədə fikir mübadiləsi aparmışlar.

Müşavirədə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə MDB PAA-dan olan beynəlxalq müşahidəçilərin rəyi imzalanmışdır. O, sabah, 10 fevral, MDB-dan olan müşahidəçilər Missiyasının yekun mətbuat konfransında elan ediləcəkdir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin monitorinqini aparan MDB PAA-dan olan beynəlxalq müşahidəçilər qrupunun tərkibinə MDB Parlamentlərarası Assambleyasının yeddi iştirakçı-dövləti: Belarus, Qazaxstan, Qırğız, Moldova Respublikaları, Rusiya Federasiyası, Tacikistan və Özbəkistan Respublikaları parlamentlərinin nümayəndələri, həmçinin MDB PAA Şurası Katibliyinin əməkdaşları daxil olmuşdur.