MDB PAA monitorinq qrupu Milli Məclisə seçkilərlə bağlı vəziyyəti siyasi partiyaların nümayəndələri ilə müzakirə etmişdir
12/02/2020
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin monitorinqinin yekunları üzrə MDB PAA-dan olan beynəlxalq müşahidəçilərinin rəyi imzalanmışdır
12/02/2020
Show all

MDB PAA-dan olan müşahidəçilər Azərbaycan Republikasının müxtəlif rayonlarında yerləşən seçki məntəqələrində səsvermənin onlayn-monitorinqini aparmışlar

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər başa çatmış, bülletenlərin hesablanması aparılır. MDB iştirakçı-dövlətlərinin Parlamentlərarası Assambleyasının monitorinq qrupunun üzvləri veb-kameralardan görüntülərə baxaraq, uzaq seçki məntəqələrində səsvermənin onlayn-müşahidəsini aparmışlar.

Yayım 119 seçki dairəsində bütün seçki məntəqələrinin təxmini 20%-i əhatə etmişdir. Ümumilikdə məntəqələrdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının saytının xüsusi səhifəsinə görüntünü ötürən 1000 veb-kamera quraşdırılmışdır. Onlayn-müşahidə seçki komissiyalarının işinin bütün mərhələlərini – seçki məntəqələrinin açılışı, səsvermə prosesi, səslərin hesablanması və seçkilərin nəticələrinin yekunlaşdırılmasını əhatə edirdi.

Müşahidəçilər qeyd etmişlər ki, məntəqələrin əksəriyyəti yayımı səsvermənin başlanmasından öncə başlamışlar, bu da səsvermə otaqlarının hazırlanması, səsvermə qutularının möhürlənməsi və komissiyaların işə hazırlığı üzrə prosedurların yerinə yetirilməsini qeydə almağa imkan vermişdir. Əksər hallarda  kameralar məntəqələrdə elə quraşdırılmışdır ki, səsvermə prosesini maneəsiz müşahidə etməyə imkan olsun. Lakin bir sıra məntəqələrdə, müşahidəçilərin fikrincə, kameraların yerləşməsini korrektə etmək lazımdır, o şərtlə ki, onlar komissiya üzvlərinin iş yerləri və seçki qutularına çox yaxın olmasınlar, eyni zamanda otaqda nə baş verdiyini görməyə imkan versinlər.

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə MDB PAA-dan olan beynəlxalq müşahidəçilərin rəyi sabah, 10 fevral tarixində, MDB-dan olan müşahidəçilər Missiyasının yekun mətbuat konfransında elan ediləcək.