Səsvermə günü ərəfəsində Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdən olan beynəlxalq müşahidəçilər Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədlərini irəli sürmüş “Yeni Azərbaycan” Partiyası, “Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası” və “Demokratik İslahatlar” Partiyasının rəhbərliyi ilə görüşlər keçirmişlər.
Hakim “Yeni Azərbaycan” Partiyasının sədr müavini, icraçı katib Əli Əhmədov müşahidəçiləri partiyanın siyasi proqramı, məqsədləri və planları barədə məlumatlandırmışdır. Partiya Azərbaycan Respublikasında ən böyük partiyadır: 750 min üzvü və ölkənin bütün şəhər və rayonlarında şöbələri vardır. Bu seçkilərdə “Yeni Azərbaycan” Partiyası parlamentdəki iştirakını artırmağa ümid edir.
Əli Əhmədovun sözlərinə görə, partiya yerli və beynəlxalq müşahidəçilər tərəfindən indiki seçkilərin obyektiv qiymətləndirilməsində maraqlıdır. O özünün müşahidəçilərini namizədləri ürəli sürüldüyü 123 seçki dairələrində bütün seçki məntəqələrinə göndərməyi planlaşdırır.
“Yeni Azərbaycan” Partiyasının builki seçki kampaniyasının fərqli cəhəti — seçkilərdə gənclərin fəal iştirakıdır. Partiyanın namizədləri arasında 32 nəfər yaşı 40-dan az olan şəxslərdir, ona görə partiya hesab edir ki, Partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təklif edilən proqrama əsasən parlamentə islahatlara güclü təkan verməyə və ölkənin yenilənməsini şərtləndirməyə qadir olan yeni nəslin nümayəndələri gələcəkdir.
MDB PAA-dan olan müşahidəçilər qrupunun koordinatoru Sodik Safoyev görüş zamanı seçkilərin monitorinqinin necə təşkil olunduğunu izah etmiş, Azərbaycan Respublikasının müxtəlif regionlarına səfərlərdən müşahidəçilərin aldıqları təəssüratlar barədə danışmış və milli qanunvericiliyinə riayət olunması ilə aparılan seçkiqabağı mübarizənin kəskin xarakterini qeyd etmişdir.
“Bütöv Azərbaycan Xalq Cəbhəsi” Partiyasının sədri Qüdrət Həsənquliyev müşahidəçilərlə görüşdə qeyd etdi ki, BAXCP çoxpartiyalılıq şəraitində işləməyə hazırdır və Milli Məclisə növbədənkənar seçkilər yüksək siyasi rəqabət şəraitində açıq xarakter daşıyır. Partiyanın lideri namizədlərin irəli sürülməsi və qeydiyyatı, həmçinin təşviqat işinin üsulları barədə danışdı.
“Demokratik İslahatlar” Partiyasının sədri Asim Mollazadə müşahidəçilərlə görüşdə seçkiqabağı müddət də partiya sisteminin fəaliyyətinin xüsusiyyətlərinə xüsusi diqqət yetirmiş və partiya tərəfindən irəli sürülən namizədlərin seçilməsi prinsipləri, kampaniya zamanı onların dəstəklənməsi barədə danışmışdır. O seçkilərdə yüksək rəqabəti qeyd etmiş və seçki kampaniyasını bütün siyasi qüvvələrdən olan namizədlər üçün bərabər imkanları təmin edən kampaniya kimi xarakterizə etmişdir. Asim Mollazadə Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə Milli Məclisin qərarını ölkədə islahatlar prosesinin stimullaşdırılması üçün zəruri addım kimi dəstəkləmişdir.
Asim Mollazadənin məlumatına görə partiya ölkənin müxtəlif regionlarında 12 namizəd qeydə almışdır və qeydiyyat prosesində heç bir pozuntu və ya öz namizədlərinə qarşı qeyri-bərabər münasibətə rast gəlməmişdir.
Müşahidəçilərin xahişi ilə partiyaların nümayəndələri seçkiqabağı mübarizədə İnternetin imkanlarından daha fəal istifadə edilməsini qeyd edərək, təşviqat kampaniyalarını necə apardıqları barədə danışmışlar.
Xatırladaq ki, Azərbaycan Respublikasında parlament seçkilərində MDB iştirakçı-dövlətlərinin yeddisindən: Belarus, Qazaxstan, Qırğız, Moldova Respublikaları, Rusiya Federasiyası, Tacikistan və Özbəkistan Respublikalarından olan deputatlar, həmçinin MDB PAA Şurası Katibliyinin əməkdaşlarından ibarət olan MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçilər qrupu işləyir.