MDB PAA-dan olan müşahidəçilər Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iş proqramını müəyyən etmişlər
12/02/2020
MDB PAA monitorinq qrupu Milli Məclisə seçkilərlə bağlı vəziyyəti siyasi partiyaların nümayəndələri ilə müzakirə etmişdir
12/02/2020
Show all

MDB PAA-dan olan müşahidəçilər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və Konstitusiya Məhkəməsində olmuşlar

Qrupun koordinatoru, Özbəkistan Respublikası Ali Məclisi Senatı sədrinin birinci müavini Sodik Safoyevin rəhbərlik etdiyi Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin Parlamentlərarası Assambleyasının monitorinq qrupu Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında olmuş, MSK-nın sədri Məzahir Pənahovla görüşmüşdürlər.

Məzahir Pənahov müşahidəçiləri seçkiqabağı kampaniyasının son mərhələsi və Azərbaycan Respublikasının seçki sisteminin bütün strukturlarının Milli Məclisə seçkilərə hazırlıq dərəcəsi barədə məlumatlandırmış, eləcə də MSK-nın yerli və beynəlxalq müşahidəçilərlə əməkdaşlığı barədə danışmışdır. O qeyd etmişdir ki, növbədənkənar parlament seçkiləri siyasi partiyalar və öz təşəbbüsü ilə irəli sürülmüş namizədlər tərəfindən seçkilərdə iştirak etməyə rekord maraqla fərqlənirlər. Seçki bülletenlərinə adları daxil olunmuş 1314 namizəddənin, onlardan 242 nəfər Azərbaycan Respublikasının 19 siyasi partiyasını təmsil edirlər, daha 1072 nəfər – isə öz təşəbbüsü ilə irəli sürülmüş namizədlərdir.

Mərkəzi Seçki Komissiyası sədrinin sözlərinə görə cari seçkilər həmçinin yerli (80 minə yaxın  (77 min 790)) və beynəlxalq (55 ölkədən 873 müşahidəçi) müşahidəçilərin həddindən artıq fəal iştirakı ilə fərqlənirlər. Bundan başqa, Azərbaycan Respublikasının MSK-da dünyanın 47 ölkəsindən 132 mətbu orqanlarını təmsil edən 199 xarici jurnalist qeydiyyatdan keşmişdir.

Seçkilərin təşkili zamanı pozuntularla əlaqədar namizədlərin şikayətləri barədə müşahidəçilərin sualına cavab verərək, Məzahir Pənahov məlumat vermişdir ki, namizədliyin qeydiyyata alınmasından imtina ilə bağlı MSK-ya cəmi 47 şikayət daxil olmuşdur. Bununla belə, deputat mandatına iddiaçıların ümumi sayının artması zamanı əvvəlki seçkilərlə müqayisədə şikayətlərin sayı azalmışdır, şikayətlərin əksəriyyəti təmin edilmişdir. Qeydiyyata alınmasından imtinanın əsas səbəbləri namizədlərdə ikili vətəndaşlığın mövcud olması (iki nəfər), keçmişdə  xüsusilə ağır cinayətin törədilməsi (üç nəfər), həmçinin əmlak barədə etibarsız məlumatların təqdim edilməsi (22 nəfər) olmuşdur.

MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçilər qrupunun koordinatoru Sodik Safoyev öz növbəsində görüşdə cari elektoral kampaniyasının uzunmüddətli monitorinqinin nəticələri barədə danışmış, MSK sədrinə ekspert qrupunun Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsinin uzunmüddətli monitorinqinin Hesabatının surətini təqdim etmişdir.

Bundan sonra MDB PAA-dan olan müşahidəçilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində olmuş, məhkəmənin sədri Fərhad Abdullayevlə söhbət etmişlər. Fərhad Abdullayev təsdiq etmişdir ki, ölkənin həyatının bu mühüm sahəsində qanunçuluq və hüquq qaydasının rolunu gücləndirməklə, seçki prosesi zamanı çıxarılan məhkəmə qərarları Respublikada siyasi həyata böyük təsir edir. Onun sözlərinə görə, hal-hazırda Konstitusiya Məhkəməsinin Plenumunun qərarının hazırlanması üzrə iş aparılır, həmin plenumda hüquqtətbiqedicilərdə elektoral sahədə yaranmış və hələlik qüvvədə olan hüquq normaları ilə tənzimlənməmiş hüququn çox sayda suallara baxılması planlaşdırılır.

Elektoral prosesdə Konstitusiya Məhkəməsinin xüsusi rolu ondan ibarətdir ki, məhz o, Mərkəzi Seçki Komisiyasından səsvermənin ilkin nəticələrini alaraq, seçkilərin yekunları barədə MSK-nın yekun qərarlarını yoxlayır və təsdiq edir. Misal üçün, 2005 və 2010-cu illərdə parlament seçkiləri zamanı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi dəfələrlə ayrı-ayrı seçki dairələrində seçkilərin ilkin nəticələrini ləğv etmişdir (əvvəlki 2015-ci ilin seçkiləri pozuntular olmadan keçirilmişdir).

Sodik Safoyev Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin nümayəndələri ilə qısamüddətli mərhələdə seçkilərin keçirilməsinə hazırlanması monitorinqdən ilkin təəssüratları ilə bölüşmüş və MDB PAA-dan olan müşahidəçilərin səsvermə zamanı necə işlədikləri barədə danışmışdır.

Həmin gün Respublikanın paytaxtında monitorinq keçirən MDB PAA-dan olan müşahidəçilər “1941–1945-ci illər” Xatirə abidəsi və Bakı sakini, əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin abidəsi önünə gül çələngi qoyaraq, faşizmlə mübarizədə həlak olmuş Azərbaycan sakinlərinin xatirəsini yad etmişlər. Xatırladaq ki, 2020-ci il Müstəqil Dövlətlər Birliyində Böyük Vətən Müharibəsində Qələbənin 75-illiyi ili elan edilmişdir.