Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin monitorinqinin yekunları üzrə MDB PAA-dan olan beynəlxalq müşahidəçilərinin rəyi imzalanmışdır
12/02/2020
Azərbaycan Respublikasında seçki məntəqələri açılmışdır – MDB PAA-dan olan müşahidəçilər seçkilərin monitorinqini aparırlar
19/02/2020
Show all

MDB-dən olan müşahidəçilər missiyası Azərbaycan Respublikasında parlament seçkilərinin monitorinqinin nəticələrini yekunlaşdırmışdır

Bakıda, “Seçkilər-2020” müstəqil mətbuat mərkəzində Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanması və keçirilməsinin monitorinqi çərçivəsində tədbirlər silsiləsini bitirmiş MDB-dən olan müşahidəçilər Missiyasının yekun mətbuat konfransı keçirilmişdir.

Tədbirdə MDB-dən olan müşahidəçilər Misiyasının başçısı, MDB icraçı katibi – İcraiyyə komitəsi sədrinin birinci müavini Viktor Quminskiy, MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçilər qrupunun koordinatoru Sodik Safoyev, MDB PAA Şurasının Baş katibi Dmitriy Kobitskiy və missiyanın digər üzvləri iştirak etmişlər.

Mətbuat konfransını açaraq, Viktor Quminskiy Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin yüksək peşəkarlıq səviyyəsində təşkilini qeyd etmişdir. MDB-dən olan müşahidəçilər Missiyasının başçısı vurğulamışdır: “Ümumilikdə seçkilər Azərbaycanın qanunvericiliyinə uyğun keçirilmiş, onlar rəqabətli, açıq, azad və demokratik seçkilərin keçirilməsi prinsiplərinə uyğun olmuşdur”.

Viktor Quminskiy xatırlatmışdır ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə MDB-dən olan 250-dən çox müşahidəçi çalışmış, bu da  ölkənin müxtəlif regionlarında seçki kampaniyasının gedişinin geniş monitorinqini aparmağa imkan vermişdir.

MDB Parlamentlərarası Assambleyasının monitorinq qrupunun koordinatoru Sodik Safoyev, həmçinin, vurğulamışdır ki, seçkilər yüksək təşkilatçılıq səviyyəsi, açıq siyasi rəqabət şəraitində keçirilmişdir. Onların fərqli cəhəti isə partiyalar tərəfindən irəli sürülən namizədlər və öz təşəbbüsü ilə irəli sürülmüşlərin rekord sayı olmuşdur, bu da cəmiyyətin yüksək siyasi fəallığını sübut edir.

Öz növbəsində MDB PAA Şurasının Baş katibi Dmitriy Kobitskiy qeyd etmişdir ki, səsvermə sakit mühitdə keçmiş, seçicilərə azad və müstəqil şəraitdə öz seçimini etmək imkanı təmin edilmişdir. Dmitriy Kobitskiy demişdir: “Məntəqələrdə olduğumuz zaman ciddi pozuntular və iradların olmamasını qeydə almaq çox xoş idi. Azərbaycan Respublikasının sakinlərini seçkilərin baş tutması ilə təbrik etmək, Milli Məclisə isə ölkənin və hər bir vətəndaşın rifahı naminə səmərəli iş arzu etmək olar”.

Beynəlxalq müşahidəçilərin rəyinə görə 9 fevral 2020-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər seçki prosesinin bütün iştirakçılarının hüquq və azadlıqlarına riayət edilməsi şəraitində keçmişdir. Onlar azad, ədalətli seçkilərin təşkili və keçirilməsinin ümumi qəbul edilmiş demokratik prinsip və normalarına uyğun olmuşlar.

Xatırladaq ki, Milli Məclisə seçkilərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən 55 xarici dövlətdən 870-dən çox beynəlxalq, həmçinin 80 minə yaxın yerli müşahidəçi akkreditasiya olunmuşdur. Müstəqil Dövlətlər Birliyindən müşahidəçilər Missiyasının tərkibinə Belarus, Qazaxstan, Qırğız, Moldova Respublikaları, Rusiya Federasiyası, Tacikistan, Türkmənistan, Özbəkistan Respublikaları, eləcə də MDB İcraiyyə Komitəsi, MDB Parlamentlərarası Assambleyası, Belarus və Rusiya Birliyinin Parlament Yığıncağını təmsil edən 252 müşahidəçi daxil olmuşdur.